
“Azərişıq” ASC ölkənin bütün regionlarında yenidənqurma işlərini davam etdirir.
Şamaxı rayonunun 2 kəndinin elektrik şəbəkəsi yenidən qurulub.
Layihə çərçivəsində Şamaxının Zarat Xeybəri və Ərçiman kəndlərinin elektrik şəbəkəsi yenidən qurulub.
Zarat Xeybəri kəndi dəniz səviyyəsindən 2430 metr hündürlükdə, rayon mərkəzindən 45 km kənarda, çətin relyefli ərazidə yerləşir. Kəndin enerji təsərrüfatı 70 ildən çoxdur istimarda idi.
Yenidənqurma işləri nəticəsində Zarat Xeybəri kəndində 2 komplekt transformator məntəqəsi quraşdırılıb. 5 km-a yaxın 10 kV-luq, 6 km-a yaxın 0,4 kV-luq elektrik xəti tam yenilənib.
Ərçiman kəndində də 10 və 0,4 kV-luq elektrik xətləri ləğv edilərək 20 km-dən artıq yeni kabel xətti çəkilib. Kənddə 3 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb.
Hər iki kənddə abonentlərin sayğacları yenisi ilə əvəzlənib.
Xatırladaq ki, investisiya layihəsi regionlarda 100-dən çox kəndi əhatə edir.
Digər xəbərlər
- İstehlak olunmuş elektrik enerjisinin dəyərinin vaxtında ödənilməsi nə üçün vacibdir 26 Fevral 2025
- Lənkəranda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 30 Yanvar 2025
- Yeni Ramanada təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 23 Yanvar 2025
- Xəzər rayonunda yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 06 Aprel 2025
- Elektrik enerjisi istehlakı üzrə debitor borcların ödənişinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər “Azərişıq” ASC -nin əsas hədəflərindən biridir 21 Yanvar 2025