
“Azərişıq” ASC ölkənin bütün regionlarında yenidənqurma işlərini davam etdirir.
“Azərişıq” ASC Şəki rayonunun daha iki kəndinin elektrik şəbəkəsini yenidən qurub.
Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, “Azərişıq” ASC tərəfindən həyata keçirilən investisiya layihəsi çərçivəsində Şəkinin Balyanı və Kiş kəndlərinin elektrik şəbəkəsi yenidən qurulub.
Yenidənqurma işləri çərçivəsində 70 abonenti olan Balyanı kəndində 2 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb, 8 km-a yaxın 10 kV-luq, 4 km-dan çox 0,4 kV-luq elektrik xətti yenilənib.
Elektrik şəbəkəsi yenidən qurulan digər kənd isə Şəkinin qədim Kiş kəndidir. 1477 abonenti olan Kişdə yenidənqurmadan sonra 13 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb. 14 km-a yaxın 10 kV-luq, 37 km-dan çox 0,4 kV-luq elektrik xətti yenilənib.
Hər iki kənddə abonentlərin sayğacları dəyişdirilib.
Xatırladaq ki, investisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir.
Digər xəbərlər
- Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması üzrə xidmətlərin elektronlaşdırılması, prosesin sadələşdirilməsi yolunda mühüm addımdır 24 Yanvar 2025
- “Azərişıq” ASC Ağstafa, Samux və Şəmkirdə yenidənqurma işlərini davam etdirir 13 May 2025
- Xəzər rayonunda yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 06 Aprel 2025
- Binə qəsəbəsində yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 05 Mart 2025
- Binə qəsəbəsində yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 12 Mart 2025