Hazırda müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar “Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib.
Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
T.Mustafayevin sözlərinə görə, yerlərə əlavə texnika cəlb edilib: “Bu gün səhərdən müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar “Azərişıq” gücləndirilmiş iş rejiminə keçib. Belə ki, regionlara, xüsusən də dağlıq və dağətəyi ərazilərə əlavə mal-material, maşın-mexanizmlər cəlb edilib. Bu, baş verə biləcək kəsinti və qəzaların qarşısını ən qısa müddətdə almağa imkan verir”.
Mətbuat xidmətinin rəhbəri bəzi regionlarda elektrik enerjisi təchizatında qısamüddətli kəsinti olduğunu qeyd edib: “Şimal” Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisinə düşən Nabran qəsəbəsində 10 kVt-luq “Muxtadı” hava xətti, “Şirvan” RETSİ-nin ərazisində olan Neftçala şəhərini qidalandıran hava xətti, “Qərb” RETSİ-nin ərazisindəki Tovuz, Şəmkir və Ağstafa rayonlarının ərazilərindəki elektrik ötürücü xətlərinə verilən elektrik enerjisi təchizatı küləkli hava şəraitində təhlükəsizlik səbəbindən müvəqqəti dayandırılıb və qısa müddətdə bərpa edilib”.
T.Mustafayev istehlakçılara da müraciət edib: “Məlum hava şəraiti hər növ fəsadlara gətirib çıxara bilər. Bu səbəbdən də istehlakçılardan xahiş edirik ehtiyatlı olsunlar və elektrik enerjisinin təchizatında yaranan hər hansı problem yaxud qəza halı gördükdə 24 saat fəaliyyət göstərən “199” saylı çağrı mərkəzi ilə əlaqə saxlasınlar”.
Digər xəbərlər
- “Azərişiq” ASC Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işlərini davam etdirir. 15 Aprel 2024
- Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinin ödəniş məbləğlərinin tənzimlənməsi məqsədilə Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qərar bu sahədə şəffaflığın artırılmasına xidmət edir. 23 Sentyabr 2024
- “Azərişıq” ASC Şirvanda yenidənqurma işlərini davam etdirir. 19 Aprel 2024
- “Azərişıq” ASC ilk dəfə işğaldan azad olunan ərazilərdə şagirdlərlə maarifləndirici tədbir keçirib. 13 İyun 2024
- “Azərişıq” ASC-nin gənc mütəxəssisləri beynəlxalq yarışda mükafat qazanıb. 02 İyul 2024