Yeni Ramana qəsəbəsinin Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisinə daxil olan hissəsində 24 iyun tarixində  6 kV-luq hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 09:00-dan saat 13:00-dək qəsəbənin Samir Əliyev və Mərkəzi küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.