Moskvada “Enerji həftəsi-2024” proqramı çərçivəsində MDB ölkələri arasında Gənc Mühəndislərin Beynəlxalq Liqası yarışmasının final mərhələsi keçirilib. 6 ölkədən 11 komandanın iştirak etdiyi həlledici mərhələdə Azərbaycanı “Azərişıq” ASC-nin “GreenAz” və “Azerlight” komandaları təmsil edib.
“GreenAz” komandası Gənc Mütəxəssislərin Beynəlxalq Liqasında “Külək parkında olan boş ərazilərin istifadəsi”, “Azerlight” komandası “Su elektrik stansiyalarına günəş panellərinin inteqrasiyası” mövzusu ilə çıxış ediblər. Komandalarımızın layihələri ekspertlər tərəfindən yüksək qiymətləndirilib. Nəticədə beynəlxalq yarışda “GreenAz” üçüncü, “Azerlight” komandası isə 5-ci yerə layiq görülüb. Azərbaycan komandasının üzvləri və ekspertlər qrupu yarışda uğurlu iştirakına görə təşəkkür məktubu ilə mükafatlandırılıb.
Qeyd edək ki, müsabiqə MDB ölkələri arasında energetika sahəsində tədqiqat və təcrübə mübadiləsi, yeni əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühim rol oynayıb.
Digər xəbərlər
- “Azərişıq” ASC Gədəbəydə yenidənqurma işlərini davam etdirir. 14 May 2024
- İstehlakçıların maarifləndirilməsi istiqamətində ən çox verilən suallar 08 İyun 2024
- "Azərişıq” ASC Elektron Hökumət Portalı vasitəsilə abonentlərə debitor borclar barədə elektron arayış (məlumat) təqdim edir. 29 Yanvar 2024
- “Azərişiq” ASC paytaxtda və regionlarda enerji doldurma məntəqələri quraşdırır. 06 İyun 2024
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Kürdəmirdə vətəndaşları qəbul edib. 15 Mart 2024