"Azərişıq” ASC portal üzərindən abonentin elektrik enerjisi istehlakı ilə bağlı borc barədə məlumatın elektron arayış şəklində təqdim edilməsi xidmətini həyata keçirir.Beləliklə, məmur-abonent təması aradan qaldırılır və vətəndaş olduğu yeri tərk etmədən Elektron Hökumət Portalı vasitəsilə borc barədə məlumat əldə edə bilər. Tətbiq edilən xidmət müştəri məmnunluğunun təmin edilməsinə yönəldilmişdir.
“Azərİşıq” ASC-nin tətbiq etdiyi borc sorğusu xidməti ölkədə elektrik enerjisi istehlakı və ödənişləri ilə bağlı məlumat əldə etmək istəyənlər üçün mühüm əhəmiyyət kəsb edir. Bu xidmət elektrik enerjisi borclarını asanlıqla öyrənməyə və ödənişlərini sərfəli şəkildə həyata keçirməyə kömək edir. Elektrik enerjisi borcunun yoxlanılması prosesi onlayn platformalar vasitəsilə və ya müştəri xidmətləri mərkəzlərinin dəstəyi ilə həyata keçirilir. Bunula da ödəniş tarixlərini və keçmiş elektrik enerjisi borclarını yoxlayaraq, elektrik enerjisi istehlakını balanslaşdıra bilərlər.
“Azərİşıq” ASC-nin saytında qeydiyyatdan keçərək müvafiq tələbləri icra etdikdən sonra borc barədə məlumatları əldə ermək mümkündür. Həmçinin, yuxarıdakı tələbləri icra etməklə mobil telefon vasitəsilə də borc barədə məlumat əldə etmək olar. Bununla yanaşı, vətəndaş şəxsi kabinetdə telefon nömrəsini qeyd edərsə, hər ay onun telefonuna aylıq istifadə edilən elektrik enerjisinə görə borc barədə sms məlumat göndəriləcək.
“Azərişıq” ASC-nin debitor borcların yığılması istiqamətində tədbirləri barədə vətəndaşların maarifləndirilməsi ardıcıl xarakter daşıyır.
Digər xəbərlər
- “Azərişıq” ASC Göyçayda yenidənqurma işlərini davam etdirir. 28 Mart 2024
- Prezident İlham Əliyev “Azərişıq” ASC-nin “Hacıalılı” elektrik yarımstansiyasının və Regional Təlim Mərkəzinin açılışında iştirak edib. 09 Aprel 2024
- “Azərişıq”ASC –də kadr potensialının bilik və bacarıq səviyyələrinin artırılmasında Təlim-Təcrübə Laboratoriyasının rolu 10 İyun 2024
- “Azərişıq” ASC-də SCADA idarəetmə sisteminin tətbiqi 28 Noyabr 2024
- “Azərişıq” ASC cənub rayonlarında yenidənqurma işlərini davam etdirir. 29 May 2024