![Yeni nəsil sayğacların quraşdırılması enerji səmərəliliyini artıracaq, debitor borcların azaldılmasına şərait yaradacaqdır.](/uploads/2024/06/09/news/1253/large/1253-0109380.png)
“Azərişıq” ASC–nin fəaliyyətinin əsas istiqamətlərindən biri də elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirməkdir. Enerji itkilərinin azaldılması, debitor borcların yığılması və enerji səmərəliliyinin artırılması Səhmdar Cəmiyyətin fəaliyyətində xüsusi əhəmiyyət kəsb edir.
Belə ki, bu istiqamətdə müasir texnologiyaların və innovativ metodların tətbiqi ilə Səhmdar Cəmiyyət tərəfindən müasir dövrün tələblərinə cavab verən “smart” tipli elektrik sayğaclarının quraşdırılması həyata keçirilir ki, bu isə öz növbəsində debitor borcların azaldılması istiqamətində əlverişli şəraiti formalaşdırır.
Bu tip sayğacların quraşdırılması işi Səhmdar Cəmiyyət tərəfindən ardıcıl aparılır və enerji itkilərinin azaldılmasında müsbət təsir göstərəcəkdir.
Digər xəbərlər
- “Azərişiq” ASC Kəlbəcər və Laçında yenidənqurma işlərini davam etdirir. 01 İyun 2024
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Qazaxda vətəndaşları qəbul edib. 29 Aprel 2024
- “Azərişıq” ASC Göygöldə sahibkarlarla görüş keçirib. 11 İyun 2024
- “Azərişıq” ASC Bərdədə yenidənqurma işlərini davam etdirir. 05 Aprel 2024
- “Azərişiq" ASC Uşaqların Beynəlxalq Müdafiəsi Günü İlə Əlaqədar Təlim Keçirib. 01 İyun 2024