“Azərişıq” ASC regionlarda əsaslı təmir-bərpa, yenidənqurma, eləcə də maarifləndirmə işlərini davam etdirir. Bununla yanaşı Cənab Prezident İlham Əliyevin vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair tapşırığına uyğun olaraq regionlarda yerli sakinlərlə görüşlər də keçirilir. Silsilə tədbirlərin davamı olaraq “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov aprelin 29-da Qazax və Ağstafa rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin Qazax rayonundakı abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram ifadə edilib.
Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatının inzibati binasında baş tutan qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, həmçinin, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.
Hər iki rayonun müxtəlif kəndlərindən gələn sakinlər regionlarda həyata keçirilən yenidənqurma işlərinə, həmçinin, bölgələrdə qəbulla bağlı göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, “Azərişıq” ASC tərəfindən həyata keçirilən silsilə tədbirlər vətəndaşların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, həmçinin, elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.
Digər xəbərlər
- "Azərişıq" ASC paytaxtda və regionlarda enerji doldurma məntəqələri quraşdırır 23 İyul 2024
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Masallıda vətəndaşları qəbul edib. 27 Fevral 2024
- “Azərişıq” ASC-də SCADA idarəetmə sisteminin tətbiqi 28 Noyabr 2024
- Elektrik enerjisinin istehlakı ilə bağlı yaranan debitor borcların aradan qaldırılması ilə bağlı şəbəkə ilə abonent arasında hüquqi münasibətlər. 05 İyun 2024
- Ekoloji təmiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması ilə bağlı görülən işlər COP29 çərçivəsində təqdim olunub. 20 Noyabr 2024