“Azərişıq” ASC tərəfindən vətəndaşlara göstərilən bütün növ xidmətlər onlayn şəkildə davam etdirilir. Artıq bu gündən etibarən "Facebook" və "İnstagram" vasitəsilə canlı bağlantı, eləcə də "Whatsapp" üzərindən müraciətlərin qəbulu həyata keçirilir.
Cari ayın 29-dək Səhmdar Cəmiyyət tərəfindən onlayn müraciətlərin qəbuluna daha çox üstünlük veriləcəkdir. Əsasən, yeni whatsapp nömrəmiz üzərindən “Azərişıq” ASC-nin göstərdiyi bütün xidmətlər barəsində məlumat ala bilərsiniz. Bununla yanaşı, sosial şəbəkələrdə daha operativ xidmət göstərmək üçün bayram günləri ilə əlaqədar olaraq rəsmi Facebook və İnstagram səhifələrində canlı bağlantı həyata keçiriləcək. Vətəndaşların hər hansı bir sualı yaranarsa, suallarını bizə sosial şəbəkələr vasitəsilə canlı bağlantı zamanı ünvanlaya bilərlər. Həmçinin, “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində yalnız bir pəncərədə ən zəruri xidmətlər göstəriləcəkdir. Vətəndaşlarımız yaranmış suallarını və müraciətlərini təyin olunmuş “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri ilə yanaşı “199” Çağrı Mərkəzi, Facebook, İnstagram, info@azerishiq.az və whatsapp nömrəmizə də yönləndirə bilərlər.
Whatsapp nömrəmiz: +994772176762
Facebook səhifəmiz: Azərişıq ASC
İnstagram səhifəmiz: Azərişıq ASC
Digər xəbərlər
- Enerji təchizatı şəbəkələrinə qoşulma ilə bağlı yeni qaydalar 11 İyun 2024
- Sabunçuda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 02 Dekabr 2024
- Səhmdar Cəmiyyət Elektron Hökumət Portalı vasitəsilə abonentlərə debitor borclar barədə elektron arayış təqdim edir 30 İyul 2024
- “Azərişıq” ASC ilk dəfə işğaldan azad olunan ərazilərdə şagirdlərlə maarifləndirici tədbir keçirib. 13 İyun 2024
- Elektrik enerjisi itkilərinin azaldılması istiqamətində tədbirlər. 03 Oktyabr 2024