“Azərişıq” ASC-nin İdarə Heyətinin sədri Vüqar Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin “Setevaya Kompaniya” ASC-yə işgüzar səfərinin məqsədi rəqəmsal texnologiyaların elektrik şəbəkələrində tətbiqi perspektivləri və gərginlik altında iş üzrə təcrübə mübadiləsi olub.
Səfərin ilk günü V. Əhmədov, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ölkənin elektroenergetika sahəsində aparılan genişmiqyaslı yenidənqurma və müasirləşdirmə istiqamətindəki islahatlar haqqında Tatarstan Respublikasının energetiklərinə geniş məlumat verdi. Eyni zamanda, şirkətin bir neçə filialında (Kazan şəhəri və Vısokaya Qora xidmət ərazisində), həmçinin “Enerqorazvitie” mühəndislik mərkəzində və “PromEnerqo” MMC-də – respublika enerji klasterinə daxil olan müəssisələrdə görülən işlərlə tanışlıq, yerli mütəxəssislərlə fikir mübadiləsi aparılıb. Səfərdə qonaqları “Setevaya Kompaniya” ASC-nin baş direktoru İlşat Fardiyev müşayiət etmişdir.
Nümayəndə heyətinin üzvləri üçün Kazan elektrik şəbəkələrində Mərkəzləşdirilmiş Dispetçer Sisteminin idarəetmə mərkəzinə ekskursiya təşkil olunub. Burada, iki səviyyəli şəbəkə idarəetmə sistemi, elektrik şəbəkəsi obyektlərinin məsafədən idarə edilməsi və monitorinqinin yeni imkanları haqda geniş məlumat verildi.
Rəqəmsal texniki həllərin tətbiqi ilə bağlı fikir mübadiləsi, Tatarıstan Respublikasında ilk rəqəmsal yarımstansiya olan 110 kV-luq “Portovaya” yarımstansiyasına, eləcə də Kazan şəhərində Smart Grid proqramı ilə əlaqələndirilmiş “RP-9” paylama məntəqəsinə səfər çərçivəsində davam etdirildi.
"Setevaya Kompaniya" ASC-nin baş ofisində Tatarıstan elektroenergetika şirkətinin fəaliyyətilə bağlı nəzəri fikir mübadiləsi aparıldı. “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovun rəhbərlik etdiyi energetiklər qrupu, şirkətdə aparılan operativ və texnoloji idarəetmə islahatına uyğun olaraq, yenilənmiş Şəbəkə İdarəetmə Mərkəzinə də baxış keçirmiş, enerji sisteminin rejimlərinin idarə olunmasında SK-11 - müasir SCADA İdarəetmə Sisteminin istifadə səmərəliliyini yüksək qiymətləndirmişlər.
Azərbaycandan olan nümayəndə heyətinin üzvləri şirkətdə həyata keçirilən “Energiya” - İstehsalat Sisteminin nəticələri ilə tanış olublar. Bildirilib ki, Yaponiya şirkətinin mütəxəssisləri tərəfindən aparılmış auditinin nəticələrinə əsasən, İstehsalat Sistemi dünya meyarlarına uyğunluq üzrə bürünc səviyyə əldə edib. Həmçinin, Tatarıstanda tətbiq olunmağa başlayan gərginlik altında işləmə texnologiyası ilə nümayəndə heyətinin real şəraitdə tanış olması məqsədilə, Vısokogorskiy RES ərazisində 10kV-luq HEVX-də aparılan yenidənqurma işləri təqdim edildi. Məlumat verildi ki, bu müasir iş texnikası təmir bərpa işlərinin gərginlik altında, elektrik enerjisi verilişində fasilə yaratmadan apamağa imkan verir.
Növbəti görüş əsnasında, nümayəndə heyətinə şirkətin Tatarıstan Respublikasının elektrik şəbəkəsinin virtual modeli olan “Rəqəmsal təkrarı” –Vahid Avtomatlaşdırılmış Proseslərə Nəzarət Sistemi haqqında geniş məruzə edildi.
İstehsalat və elektroenergetika obyektlərinə səfərlər başa çatdıqdan sonra “Azərişıq” ASC ilə “Setevaya Kompaniya” ASC arasında əməkdaşlıq müqaviləsi imzalanıb. “İqlim şəraitinin fərqliliyinə baxmayaraq, bizim çoxlu ortaq təmas nöqtələrimiz var – bu yaxınlarda Azərbaycan Respublikasına səfərimiz zamanı həmkarlarımızın yüksək səriştələrinə əmin olduq. Bugünkü sənədin imzalanması qarşılıqlı əməkdaşlıq - qabaqcıl təcrübənin tətbiqi və hər iki şirkət mütəxəssisləri arasında təcrübə mübadiləsi üçün geniş imkanlar yaradır” – İlşat Fərdiyev, iki ölkə arasında elektroenergetika sahəsində əlaqələrin yaranmasını və gələcəkdə də inkişaf etdirilməsini yüksək qiymətləndirdi. Vüqar Əhmədov öz növbəsində səmimi qəbula və səfərin məzmunlu zəngin proqramına görə “Setevaya Kompaniya” ASC-nin bütün kollektivinə təşəkkürünü bildirib, ikitərəfli münasibətlərin bundan sonra da davam edəcəyinə və gələcək inkişafı üçün yeni imkanlar qazanacağına əminliyini ifadə etdi.
Digər xəbərlər
- Məişət abonentlərinin hesablaşma elektrik sayğacları harada və necə quraşdırılmalıdır 11 İyun 2024
- Bülbülə qəsəbəsində təmir işləri ilə əlaqədar elektrik enerjisi verilişində fasilə yaranacaq 29 Noyabr 2024
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Daşkəsəndə vətəndaşları qəbul edib 07 Noyabr 2024
- Səhmdar Cəmiyyət Elektron Hökumət Portalı vasitəsilə abonentlərə debitor borclar barədə elektron arayış təqdim edir 30 İyul 2024
- Sabunçu rayonunda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. 22 Noyabr 2024