
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, Astara rayonunun Doli və Diqo kəndlərinin elektrik enerjisi ilə təminatı istiqamətində görülən işlər bir ay başa çatdırılacaq.
Bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Astarada jurnalistlərə verdiyi müsahibədə deyib.
Ölkə başçısının 2019-cu il 12 aprel tarixli Sərəncamına əsasən, Astaranın Diqo, Dolu və Sekaşan kəndlərinin elektrik enerjisi ilə təchizatını təmin etmək məqsədilə “Azərişıq” ASC-yə 1,5 milyon manat ayrıldığını xatırladan T.Mustafayev həmin kəndlərdən birinin - çətin relyefdə, ucqar dağlıq ərazidə yerləşən Sekaşan kəndinin elektrik enerjisi ilə təmin olunduğunu bildirib.
O, Astara rayonunun dağlıq ərazisində yerləşən digər iki yaşayış məntəqəsinin - Doli və Diqo kəndlərinin də yaxın vaxtlarda elektrik enerjisi ilə təmin olunacağını bildirib: “Məqsədimiz havalar soyuyanadək bütün abonentləri dayanaqlı elektrik enerjisi ilə təmin etməkdir”.
Payız-qış mövsümü ilə əlaqədar “Azərişıq “ASC-nin tabeliyində olan xidmət sahələrində hazırlıq işlərinə başlandığını qeyd edən T.Mustafayev 62 kənddə yenidənqurma işlərinin aparıldığını deyib.
Digər xəbərlər
- Xətai rayonunda yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 29 May 2025
- “SİMA” yeni nəsil rəqəmsal imzanın tətbiqi, istehlakçıların elektrik şəbəkəsinə qoşulma prosesinə təsiri 07 Mart 2025
- "Azərişıq" ASC Müştəri Məmnuniyyəti Sorğusunda yüksək nəticə əldə edib 06 Yanvar 2025
- Quba, Qusar və Xaçmazda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 18 İyun 2025
- Elektrik enerji təchizatı şəbəkəsinə qoşulma prosesinin sadələşdirilməsi davam etdirilir. 11 Yanvar 2025