Müasir çağırışlara adekvat olaraq elektrik şəbəkəsinə qoşulmanın asanlaşdırılması məqsədilə qanunvericiliyin daha da təkmilləşdirilməsi və sahibkarlara göstərilən xidmətlərin rəqəmsallaşdırılması daim diqqət mərkəzində saxlanılmaqdadır.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən “Azərişıq” ASC tərəfindən görülən işlər çərçivəsində elektrikə qoşulmanın daha rahat və əlçatan olması məqsədilə 2019-cu ildən E-sistem tətbiq olunur. Bu sistemin əsas məqsədlərindən biri də vahid platforma üzərindən müraciətlərin idarə olunması, operativliyin və səmərəliliyin artırılması və şəffaflığın təmin edilməsidir. Bu sistem Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Dövlət Vergi Xidməti, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi və digər qurumlarla inteqrasiya olunduğu üçün sahibkarın elektrikə qoşulma ilə bağlı sənədlər toplusunu təqdim etməsinə ehtiyac qalmır.
Qeyd etmək lazımdır ki, elektron müraciət sistemi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən innovativ layihə kimi qiymətləndirilib. (https://oecd-opsi.org/innovations/online-electricity-connection/). Eyni zamanda, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi nəticəsində elektrik şəbəkəsinə qoşulma üzrə prosedurların sayı 7-dən 2-yə, müddətin isə 41 gündən 20 günə endirilib.
Ötən müddət ərzində sahibkarların məmnunluğunun təmin olunması məqsədilə “Elektrik şəbəkəsinə qoşulma üzrə Kommunikasiya Strategiyası (2022-2025-ci illər üzrə) hazırlanaraq qəbul edilib və icrasına başlanılıb. (https://www.azerishiq.az/upload/files/Kommunikasiya.pdf).
Eyni zamanda, Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinə uyğun olaraq elektrikə qoşulma sahəsində qanunvericiliyin daha da təkmilləşdirilməsi və xidmətlərin rəqəmsallaşdırılması sahəsində tədbirlərin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi hazırlanaraq Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın sədri tərəfindən 2022-ci il 7 oktyabr tarixində təsdiq edilib və dərhal icrasına başlanılıb. (https://azranking.az/public/images/doc_05.10.22_1.pdf).
Davamlı olaraq, e-sistemin daha da təkmilləşdirilməsi və funksional imkanlarının genişləndirilməsi, onlayn qaydada E-GOV (elektron hökumət portalı), e-service.azerishiq.az saytından obyektinin enerji təchizatı şəbəkəsinə qoşulması ilə bağlı müraciət etmə imkanlarının yaradılması nəticəsində elektron müraciət edənlərin sayında əhəmiyyətli artım müşahidə olunub.
Görülmüş işlər nəticəsində cari ilin mart ayı ərzində “qeyri əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması” xidməti üzrə elektron müraciətlərin xüsusi çəkisi 53.6%-ə çatıb. Ümumilikdə, 2023-cü ilin 1-ci rübündə onlayn müraciət edənlərin sayı ötən illə müqayisədə 5 dəfə artıb.
Digər xəbərlər
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Ucarda vətəndaşları qəbul edib. 15 Oktyabr 2024
- Yeni Elektrik Şəbəkəsinə Qoşulma Qaydalarının Tətbiqi, Tariflər və Elektron Müraciət İmkanları 24 Sentyabr 2024
- Debitor borcların yığılması istiqamətində maarifləndirici tədbirlər 10 İyun 2024
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Daşkəsəndə vətəndaşları qəbul edib 07 Noyabr 2024
- “Azərişıq” ASC cənub rayonlarında baş vermiş qəzaları aradan qaldırmaq üçün fasiləsiz çalışır. 15 Yanvar 2024