“Azərişıq” ASC paytaxt və regionlarda elektrik şəbəkələrinin yenilənməsi işlərinə paralel olaraq fermer, sahibkar və vətəndaşların rahat fəaliyyəti, yaranan problemlərin aradan qaldırılması məqsədilə bölgələrdə mütəmadi görüşlər keçirir, onların fikirləri, təklifləri, tövsiyələri dinlənilir.
Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən belə görüşlərdən biri Füzulidə baş tutub. Füzuli Rəqəmsal Yarımstansiyası və İdarəetmə Mərkəzində keçirilən görüşdə 30-dək sahibkar və yerli sakin iştirak edib. Tədbirdə “Azərişıq” ASC-nin ASAN xidmətlə iş departamentinin direktor müavini, Aran RETSİ-nin rəhbəri, eləcə də qurumun mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi iştirak edib.
Görüş zamanı sahibkar və vətəndaşlara “Azərişıq” ASC-nin regionlarda həyata keçirdiyi yenidənqurma və əsaslı təmir işləri barədə geniş məlumat verilib. Diqqətə çatdırılıb ki, dövlət başçısının tapşırıqları əsasında bu gün ölkənin ən ucqar dağ rayonlarında belə ötən əsrin 50-60-cı illərindən qalma elektrik şəbəkələri yeniləri ilə əvəzlənir. Müxtəlif gücdə yarımstansiyalar tikilir, müasir transformatorlar quraşdırılır. Müasir şəbəkələrin qurulması enerji itkisinin qarşısının alınması ilə yanaşı əhali və qeyri-əhali abonentlərin fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təmin olunmasına hesablanıb. Bütün regionlarla yanaşı bu işlər həm də Qarabağ və Şərqi Zəngəzərda tam gücü ilə aparılır.
Həmçinin, qurumun elektron xidmətləri barədə sahibkarlar və vətəndaşlarla maarifləndici söhbətlər aparılıb, eyni zamanda xidmət mərkəzlərində göstərilən bütün xidmətlər haqqında ətraflı məlumat təqdim edilib. Tədbirdə yeni elektrik şəbəkəsinə qoşulma, texniki şərtlərin verilməsi, ödənişlər, eləcə də ASAN Xidmət mərkəzlərində və elektron olaraq bütün xidmətlər ilə bağlı açıqlamalar verilib.
Qeyd edək ki, “Azərişıq” ASC nümayəndələri sahibkar və vətəndaşlarla görüşləri ölkənin bütün regionlarında davam etdirirlər.
Digər xəbərlər
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Dubay Elektrik və Su İdarəsinin sədri Səid Məhəmməd Əl Təyyar ilə görüş keçirib. 15 Noyabr 2024
- Prezident İlham Əliyev “Azərişıq” ASC-nin “Hacıalılı” elektrik yarımstansiyasının və Regional Təlim Mərkəzinin açılışında iştirak edib. 09 Aprel 2024
- “Azərişiq” ASC Xaçmazda sahibkarlarla görüş keçirib. 04 Aprel 2024
- “Azərişiq” ASC Kəlbəcər və Laçında yenidənqurma işlərini davam etdirir. 01 İyun 2024
- “Azərişıq” ASC Lənkəranda yenidənqurma işlərini davam etdirir. 11 Mart 2024