Bu gün “Caspian Energy Club”un təşkil etdiyi sayca 5-ci “Caspian Business Award”ın təqdimetmə mərasimi baş tutub. Mərasimdə “Azərişıq” ASC “İlin Enerji Şirkəti” nominasiyasında qalib elan edilib.
“Azərişıq” ümumilikdə “Caspian Energy Club”un 1500-ə qədər üzvü arasında keçirilən sorğu nəticəsində ilk pilləyə yüksəlib.
Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian Energy Club 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialqoların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Onlayn formatda keçirilən və dünyanın bir çox ölkəsindən 1500-ə yaxın iştirakçının qoşulduğu mükafatlandırma mərasimində çıxış edən “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə “Caspian Energy Club”un rəhbərliyinə və əməkdaşlarına təşəkkür edərək, 2020-ci il ərzində Səhmdar Cəmiyyət tərəfindən görülən işlər, aparılan islahatlar və həyata keçirilən innovativ tədbirlər haqda qısa məlumat verdi. Sonda, “Azərişıq” ASC-nin il ərzində fəaliyyətinə dair videoçarx forum iştirakçılarına təqdim olundu.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Caspian Energy Club-un mənzil-qərargahı Bakı şəhərində yerləşir. Caspian Energy Club-un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
Digər xəbərlər
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Dubay Elektrik və Su İdarəsinin sədri Səid Məhəmməd Əl Təyyar ilə görüş keçirib. 15 Noyabr 2024
- İstehlakçıların maarifləndirilməsi istiqamətində ən çox verilən suallar 08 İyun 2024
- “Azərişıq” ASC COP29 tədbiri ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. 07 Noyabr 2024
- Elektrik enerjisi istehlakı üzrə debitor borcların ödənişinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər. 11 Sentyabr 2024
- “Azərişıq” ASC peşəkar kadrların hazırlanması üçün təlim kursları təşkil edib 24 Oktyabr 2024