Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Lənkəranda “Sahibkarların dövlətin dəstək mexanizmləri barədə məlumatlandırılması” mövzusunda görüş təşkil edib. Sahibkarlarla keçirilən görüşdə Lənkəran Şəhər İcra Hakimiyyəti, Azərbaycan Qida Təhlükəsizlik Agentliyi, Azərbaycan Dövlət Reklam Agentliyi, Dövlət Vergi Xidməti, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Dövlət Turizm Agentliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Aqrar Kredit və İnkişaf Agentliyi, Əqli Mülkiyyət Agentliyi, İqtisadiyyat Nazirliyinin Lənkəran Regional Bölməsi, Azərbaycan Biznesinin İnkişaf Fondu, “ABAD” publik hüquqi şəxsi, Azərbaycan Standartlaşdırma İnstitutu, “Azəriqaz” İstehsalat Birliyi, “Marsol Group” şirkəti və bir sıra sahibkarlıq subyektləri ilə birgə “Azərişıq” ASC-nin əməkdaşları iştirak edib.
“Azərişıq” ASC-nin ASAN Xidmətlə İş Departamentinin direktor müavini İnam Yusifov tədbir iştirakçıları ilə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, sahibkarların aidiyyəti dövlət qurumları ilə əlaqələndirməsi, sahibkarlıq obyektlərində yaranan və ya yarana biləcək çətinlikləri müzakirə ediblər. Həlli mümkün olan bir çox problemlər yerindəcə həll edilib. Həmçinin müvafiq lazımi qeydlər aparılıb.
Qeyd edək ki, fermer və sahibkarların rahat fəaliyyəti, yaranan problemlərin aradan qaldırılması məqsədilə “Azərişıq” ASC regionlarda mütəmadi görüşlər təşkil edir, mövcud problemlərinin həlli istiqamətində işlər aparır.
Digər xəbərlər
- Elektrik təchizatı şəbəkəsinə qoşulma üzrə mövcud imkanların ictimaiyyətə çatdırılması 08 May 2025
- Xətai rayonunda təftiş-profilaktika tədbirləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 07 Fevral 2025
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Qəbələdə vətəndaşları qəbul edib 24 Yanvar 2025
- Binə qəsəbəsində yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 05 Mart 2025
- Elektrik enerjisi istehlakı üzrə debitor borcların ödənişinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər 11 Aprel 2025