Sahibkarların rahat fəaliyyəti və yaranan problemlərin aradan qaldırılması məqsədilə “Azərişıq” ASC yerlərdə onlarla mütəmadi görüşlər keçirir. Bu sahəyə xüsusi diqqət yetirən Azərişıq “ASC” tərəfindən bölgələrdə fermer və sahibkarların fikirləri, təklifləri, tövsiyyələri dinlənilir. Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən belə görüşlərdən biri də Masallıda baş tutub. Heydər Əliyev Mərkəzində keçirilən görüşdə 100-ə yaxın sahibkar və yerli sakin iştirak edib. Tədbirdə “Azərişıq” ASC-nin ASAN xidmətlə iş departamentinin direktor müavini, cənub RETSİ-nin rəhbəri, eləcə də qurumun mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi iştirak edib.
Görüş zamanı "Azərişıq” ASC nümayəndəliyi rayon ictimaiyyətini qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə təbrik edib.
Daha sonra qeyd olunub ki, dövlət başçısının tapşırıqları əsasında bu gün ölkənin ucqar rayonlarında belə ötən əsrin 50-60-cı illərindən qalma elektrik şəbəkələri yeniləri ilə əvəzlənir. Müxtəlif gücdə Yarımstansiyalar tikilir, şəbəkələr tamamilə yenilənir, müasir transformatorlar quraşdırılır. Müasir şəbəkələrin qurulması enerji itkisinin qarşısının alınması ilə yanaşı əhali və qeyri-əhali abonentlərin fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təmin olunmasına hesablanıb. Bütün regionlarımızla yanaşı bu işlər həm də işğaldan azad olunan ərazilərimizdə tam gücü ilə aparılır.
Həmçinin qurumun elektron xidmətləri barədə də sahibkarlarla maarifləndici söhbətlər aparılıb. Abonentlərin ofis və evlərindən çıxmadan onlayn qaydada quruma müraciət etmə imkanları ətraflı izah olunub.
Fermerlərin və yerli sakinlərin müxtəlif məsələlərlə bağlı sualları dinlənilib, qaldırılan bəzi problemlər yerindəcə həll edilib.
Qeyd edək ki, “Azərişıq” ASC nümayəndələri sahibkarlarla görüşləri digər regionlarda da mütəmadi şəkildə davam etdirəcək.
Digər xəbərlər
- Bülbülə qəsəbəsində təmir işləri ilə əlaqədar elektrik enerjisi verilişində fasilə yaranacaq 29 Noyabr 2024
- “Azərişıq”ASC –də kadr potensialının bilik və bacarıq səviyyələrinin artırılmasında Təlim-Təcrübə Laboratoriyasının rolu 10 İyun 2024
- Yeni Elektrik Şəbəkəsinə Qoşulma Qaydalarının Tətbiqi, Tariflər və Elektron Müraciət İmkanları 24 Sentyabr 2024
- “Azərişıq” ASC-də elektrik enerjisi itkilərinin azaldılması məqsədilə tədbirlər həyata keçirilir. 14 İyun 2024
- “Azərişıq” ASC öz fəaliyyətində elektron xidmətlərin sayını artırır 17 İyul 2024