Masallı “ASAN xidmət” mərkəzində “Azərişıq” ASC-nin “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində 2022-ci il ərzində gördüyü işlər barədə mətbuat konfransı keçirilib.
“Azərişıq” ASC Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, görülən işlər çərçivəsində “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində Elektron Müraciətlərin İdarə Olunması Sistemi (EMİOS) vasitəsi ilə göstərilən xidmətlərin mərhələli şəkildə “Elektron hökumət” portalına inteqrasiyasını tam təmin edib. Göstərilən elektron xidmətlər bu sahədə şəffaflığın, operativliyin təmin edilməsi, xidmətlərin keyfiyyətinin yüksəldilməsi, abonentlərə rahat və müasir elektron platforma üzərindən onlayn müraciət etmə imkanı yaradır.
Mətbuat konfransında “ASAN xidmətl”ə İş departamentinin direktor müavini İnam Yusifov bildirib ki, “Azərişıq” ASC tərəfindən göstərilən xidmətlərdən 12-si tam elektronlaşdırılaraq vətəndaşların istifadəsinə verilib. Cari ildə “Azərişıq” ASC-yə “ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri vasitəsilə və elektron qaydada enerji təchizatı şəbəkəsinə qoşulması məqsədilə 51 minə yaxın müraciət daxil olub. Bunlardan 44 mini əhali, 7 mini qeyri-əhali müraciətidir.
Borcun olmaması barədə sənədin verilmə müraciətlərinin qəbulu, əhali və qeyri-əhali istehlakçısının aktiv və passiv edilməsi barədə elektron müraciət, elektrik təchizatı sistemlərinin layihələndirilməsi və quraşdırılma işləri, istehlakçının balansında olan elektrik şəbəkələrinə və avadanlıqlarına texniki xidmətin göstərilməsi, məcburi köçkün qrupuna aid abonentlərdən müraciətlərin qəbulu, yük hesabatının hesablanması, abonentin geniş tarixçəsinin verilməsi, əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması, əhali istehlakçısının ad dəyişdirilməsi, əhali və qeyri-əhali abonentinin sayğac zədələnməsinin araşdırılması, enerji haqlarının internet vasitəsi ilə ödənilməsi, qeyri-əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması xidmətlərindən yararlanmaq üçün www.azerishiq.az, www.e-gov.az və ya e-service.azerishiq.az portalı vasitə ilə müraciət etmək mümkündür.
İnteqrasiyası təmin edilən dövlət qurumları isə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Dövlət Vergi Xidməti, Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət komitəsi, Elektron Hökümətin İnkişafı Mərkəzi (e-gov.az, asanpay.az), “ASAN Xidmət”, Ədliyyə Nazirliyi və "Kapital Bank"dır".
Digər xəbərlər
- Qubada yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 03 Dekabr 2024
- “Azərişıq” ASC Gədəbəydə yenidənqurma işlərini davam etdirir. 14 May 2024
- Energetiklər ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər. 20 Oktyabr 2024
- “Azərişıq” ASC Kürdəmirdə elektrik şəbəkəsinin yenilənməsi işlərini davam etdirir 03 Avqust 2024
- “Azərişiq” ASC Ağcabədidə sahibkarlarla görüş keçirib 12 Yanvar 2024