Azərbaycan Respublikası Prezidenti tərəfindən "Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında" 2017-ci il 4 aprel tarixində 1313 nömrəli fərman imzalanıb. Azərişıq ASC-nin əsas prioritetlərindən biri vətəndaşların enerji təchizatı şəbəkəsinə qoşulması prosesini sadələşdirmək və onların olduğu ünvanı tərk etmədən səmərəli şəkildə müraciət etmək imkanını yaratmaq olub. Bu məqsədlə pandemiya dövründə hərəkət məhdudiyyəti zamanı sahibkarların online qaydada Elektron Müraciətlərin İdarə Olunması Sistemi vasitəsi ilə müraciət etmək imkanlarının olması onların enerji təchizatı şəbəkəsinə qoşulmasını asanlaşdırıb.
Belə ki, vətəndaşlar E-GOV (elektron hökümət portalı), e-service.azerishiq.az saytından onlayn qaydada müraciət etməklə obyektini elektrik enerjisi ilə təmin edə bilər. Eyni zamanda Azərişıq ASC Elektron Hökumət Portalına “Əhali istehlakçılarının ad dəyişdirilməsi”, “Borcun olmaması haqqında arayışın verilməsi” və sairə kimi xidmətləri inteqrasiya etmiş və yaxın zamanlarda bir çox xidmətlərin də inteqrasiyası nəzərdə tutulub.
Azərişıq ASC-nin də təmsil olunduğu Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Elektrik Təchizatı Şəbəkəsinə Qoşulma” üzrə İşçi qrupunun əsas məqsədi ölkədə effektiv biznes mühitini formalaşdırmaq, beynəlxalq reytinqlərdə və enerji əlçatanlığında onun mövqeyini yüksəltməkdir.
Bu məqsədlə İşçi qrupu tərəfindən 2022-2025-ci illəri əhatə edən Kommunikasiya Strategiyasının hazırlanması qərara alınıb. Həmin qərarın icrası ilə əlaqədar olaraq Azərişıq ASC beynəlxalq reytinqə sahib olan Deloitte şirkəti ilə əməkdaşlıq edərək elektrik təchizatı şəbəkələri üzrə sahibkarlıq subyektlərinin məlumatlılıq və məmnunluq səviyyəsinin daha da artırılmasına xidmət edən Kommunikasiya Strategiyası tərtib edib. Azərişıq ASC-nin Elektrik təchizatı şəbəkəsinə qoşulma üzrə Kommunikasiya Strategiyası maraqlı tərəflərlə əlaqələrin qurulması, internet resurslarının və sosial media hesablarının idarə edilməsi, müsbət imicin formalaşdırılması, Cəmiyyət tərəfindən həyata keçirilən yeniliklər ilə bağlı vətəndaşların maarifləndirilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi, təbliğat işinin effektiv şəkildə aparılması və kommunikasiya fəaliyyətinin strateji planlaşdırılmasını nəzərdə tutur.
Cəmiyyət tərəfindən həyata keçirilən yeniliklər ilə bağlı vətəndaşların maarifləndirilməsi istiqamətində mütəmadi olaraq enerji təchizatı şəbəkəsinə qoşulma ilə əlaqədar olaraq sahibkarlar ilə görüşlər, pressturlar keçirilir və yeniliklərlə bağlı məlumatlar verilməkdədir. Eyni zamanda 199 Çağrı Mərkəzində vətəndaş problemlərinin şəffaf şəkildə həll olunması ardıcıllığının təmin olunması məqsədi ilə ticketing sistemi yaradılmışdır. Buda vətəndaş müraciətlərinin aidiyyəti üzrə şöbələrə yönləndirilərək səmərəli şəkildə cavablandırılmasına köməklik göstərir.
Görülən işlərin nəticəsi olaraq bildirmək istəyirik ki, Azərişıq ASC Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi "ASAN Xidmət indeksi" üzrə aparılmış qiymətləndirmədə kommunal xidmətlər arasında birinci yerə layiq görülüb. Aparılmış islahatlar nəticəsində 2021-ci il ərzində onlayn müraciətlərin sayında 2020-ci ilə nisbətdə xeyli artım müşahidə olunub.
Digər xəbərlər
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Xaçmazda vətəndaşları qəbul edib. 30 Avqust 2024
- “Azərişıq” ASC Gədəbəydə yenidənqurma işlərini davam etdirir. 14 May 2024
- “Azərişıq” ASC Göyçayda yenidənqurma işlərini davam etdirir. 28 Mart 2024
- Elektrik enerjisi istehlakı üzrə debitor borcların ödənişinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər. 11 Sentyabr 2024
- Sabunçu rayonunda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. 22 Noyabr 2024