
Cəbhə xətti boyunca yerləşən rayonlara səfər edən “Azərişıq” ASC sədri Vüqar Əhmədov vəziyyətlə yerindəcə tanış olub. Yerlərdə icra orqanlarının rəhbərləri və həmçinin “Azərişıq” ASC-nin yerli şəbəkələrinin rəhbərləri ilə görüşüb.
Vüqar Əhmədov bildirib ki, yaşayış məntəqələrinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatı “Azərişıq” ASC əməkdaşlarının fədakar əməyi sayəsində uğurla icra olunur. Erməni silahlı qüvvələrinin kənd və yaşayış məntəqələrini atəşə tutması nəticəsində 250 dəfədən çox müxtəlif gərginlikli xətlər, həmçinin 30-dan çox transformator məntəqəsi vurulub. Bununla belə təmas xəttinə yaxın kəndlərdə 24 saat fasiləsiz xidmət göstərən “Azərişıq” ASC əməkdaşları qısa vaxtda bu qəzaları aradan qaldırıblar.
“Azərişıq” ASC sədri onun da bildirib ki, ərazi bütövlüyü uğrunda aparılan müharibəyə indiyədək ASC-nin 300-dən çox əməkdaşı könüllü olaraq ordu sıralarına qoşulub.
Vüqar Əhmədov cəbhə xəttində yaradılmış Xüsusi Qərargahda toplantı keçirib, cəbhə boyu rayonlara ehtiyat dayaqlar, naqillər, KTM və generatorların çatdırılması ilə bağlı tapşırıqlarını verib.
Digər xəbərlər
- Suraxanıda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 09 Mart 2025
- “Azərişıq” ASC yaranmış debitor borcların yığılması ilə bağlı istehlakçıların maarifləndirilməsi tədbirlərini 2025-ci ildə də davam etdirəcəkdir 10 Yanvar 2025
- “Azərişıq” ASC yaranmasının 10-cu ildönümü ilə əlaqədar qanvermə aksiyası keçirib 12 Fevral 2025
- Binə qəsəbəsində yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 05 Mart 2025
- Elektrik enerjisinin təchizatı nəticəsində yaranan itkilər və onların azaldılması istiqamətində “Azərişıq” ASC tərəfindən görülən tədbirlər 19 Fevral 2025