
Xırdalan şəhərinin elektrik təchizatının yaxşılaşdırılması üçün iki ədəd 35 kV-luq yarımstansiya inşa edilib və mövcud 35 kV-luq Elektrik Şəbəkəsi ilə əlaqələndirilib.
Ölkə üzrə Elektrik Enerji Şəbəkəsini yaxşılaşdırmaq üçün işləri davam etdirir, Xırdalan şəhərinin və ətraf qəsəbələrinin dinamik sosial-iqtisadi inkişafına uyğun olaraq kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi, ərazidə yeni inşa edilən çoxsaylı sosial infrastruktuların, o cümlədən əhalinin fasiləsiz və dayanıqlı enerji təchizatının təmin olunması məqsədi ilə yeni güc mənbələrinin inşa edilməsi, istismar müddəti keçmiş trasnformator məntəqələrinin, komplekt transformator məntəqələrinin, elektrik verilişi xəttlərinin və digər elektrik qurğularının yenisi ilə əvəz olunması istiqamətində “Azərişıq” ASC tərəfindən irihəcmli işlər həyata keçirilir.
"Azərenerji" ASC tərəfindən yeni inşa edilən 110 kV-luq “Xırdalan” yarımstansiyasının ərazisində 35/10 kV-luq yarımstansiyası inşa edilərək şəbəkəyə qoşulub. 220/110/10 kV-luq “Xırdalan” yarımstansiyasından elektrik enerjisi ilə təmin olunan 10 kV-luq kabel xətlərinin yeni 35 kV-luq yarımstansiyasına köçürülməsi işləri davam etdirilməkdədir.
Masazır, 28 May, Pirəküşkül, Qobu, Hökməli qəsəbələrində, Atyalı, Quşçuluq və digər ərazilərin elektrik təchizatında olan problemlərin aradan qaldırılması üçün “Azərişıq” ASC tərəfindən bir sıra texniki tədbirlər həyata keçirilməkdədir”.
Qeyd olunan yaşayış məntəqələrində 35;10;6 və 0.4 kV-luq elektrik veriliş xətlərində, yarımstansiya və transformator məntəqələrində yenidənqurma və təmir işləri aparılır, elektrik enerjisinə artan tələbatın qarşılanması üçün müxtəlif gücdə komplekt transformator məntəqələri quraşdırılır.
Digər xəbərlər
- Elektrik enerjisinə qənaət etməyin əhəmiyyəti və bu istiqamətdə görüləcək ümdə tədbirlər 06 Fevral 2025
- İstehlakçıya elektrik enerjisinin verilməsi hansı hallarda və kim tərəfindən dayandırıla bilər? 11 Fevral 2025
- Yardımlıda yenidənqurma və təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 23 Yanvar 2025
- Elektrik enerjisi istehlakı üzrə debitor borcların ödənişinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər 11 Aprel 2025
- Elektron xidmətlərin tətbiqi elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində mühüm addımdır 22 Yanvar 2025