“Azərişıq” ASC-nin sədr müşaviri Elsevər Rüstəmli Caspian Energy Club-un üzvləri ilə görüşüb.
Caspian Energy Club-un sədri və baş icraçı direktoru Telman Əliyev bildirib ki, qurumun təşkil etdiyi “Online Round Table” çərçivəsində COVID-19 pandemiyası dövründə sahibkarların “Azərişıq” ASC ilə əməkdaşlıq üzrə sual və təklifləri müzakirə olunub.
Tədbirdə çıxış edən “Azərişıq” ASC-nin sədr müşaviri Elsevər Rüstəmli son illər Azərbaycanda sahibkarların elektrik enerjisi şəbəkəsinə qoşulması prosesinin sadələşdirilərək daha da əlçatan edildiyini qeyd edib. Onun sözlərinə görə, bir sıra dövlət qurumlarının elektron sistemlərinə inteqrasiya şəffaflığın daha da artırlmasına xidmət edir.
E.Rüstəmli qeyd edib ki, Dünya Bankının bu gün yaydığı son hesabatında Azərbaycan 10 ən islahatçı ölkədən biridir. Məhz bu “Elektrik təchizatı şəbəkələrinə qoşulma” indikatoru üzrə aparılan islahatlar da bu Dünya Bankının hesabatına salınıb. Hesabatda texniki şərtlərin və elektrik sistemlərinə qoşulmanın bir paketdə cəmlənməsi nəticəsində elektrikə qoşulma üzrə prosedurların sayının 5-ə, müddətin isə 32 günə kimi azaldığı öz əksini tapıb. Qeyd edək ki, həmin göstəricilər daha öncə hesabatda, müvafiq olaraq, 7 və 41 gün kimi əks olunub. Bu isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu islahat kursunun əsas göstəricisidir.
“Azərişıq”ın Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə isə təmsil etdiyi qurumun innovativ yenilikləri ilə bağlı danışaraq qeyd edib ki, son günlərdə smartkart sayğaclarında istifadə edən abunəçilərin işini asanlaşdırmaq üçün xüsusi proqram təminatı və “SMART Card reader” istifadəyə verilib. Bilirik ki, koronavirus pandemiyasının yayıldığı bir vaxtda sosial məsafənin qorunmasını vacibdir. Məhz yoluxmaların sayının azalması baxımından sosial məsafənin qorunmasının vacibliyini nəzərə alaraq smart kart oxuyucularının çox böyük əhəmiyyəti olduğu qeyd edilib. Bu həm də nağdsız ödənişlərin inkişafı və şəffaflıq baxımından əvəzsiz vasitəsidir. Həmçinin elektron bildirişlərin tətbiqi, 199 Çağrı Mərkəzinin fəaliyyəti də abonent məmnunluğuna hesablanmış addımlardır.
Daha sonra sahibkarları maraqlandıran suallar cavablandırılıb və təklifləri dinlənib.
Telman Əliyev açıq və səmimi dialoqa görə Elsevər Rüstəmliyə minnətdarlığını bildirib və “Azərişıq” ASC ilə birgə işçi qrupu yaratmağı təklif edib. İşçi qrup aktual məsələlərin, təklif və problemlərin mütəmadi monitorinqini keçirməyə, operativ qaydada həll yollarını təqdim etməyə imkan verir.
Xatırladaq ki, “Online Round Table” Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrini təmsil edən sahibkarların problem və təkliflərinin müzakirəsi üçün Caspian Energy Club tərəfindən yaradılıb.
Sıralarında dünyanın 50 ölkəsindən 5 000 artıq şirkət və təşkilatı birləşdirən Caspian Energy Club 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialqoların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Caspian Energy Club-un mənzil-qərargahı Bakı şəhərində yerləşir. Caspian Energy Club-un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
Digər xəbərlər
- “Azərişıq” ASC-də SCADA idarəetmə sisteminin tətbiqi 28 Noyabr 2024
- “Azərişıq” ASC paytaxtda və regionlarda enerji doldurma məntəqələri quraşdırır. 28 Oktyabr 2024
- Binə qəsəbəsində yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 22 Noyabr 2024
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Daşkəsəndə vətəndaşları qəbul edib 07 Noyabr 2024
- “Azərişıq” ASC bayramla əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. 19 Mart 2024