“Azərişıq” ASC rəhbərinin sərəncamı ilə xüsusi işçi qrupu yaradılıb və təmas xətti boyunca yerləşən yaşayış məntəqələrində növbətçilik əsasında əməkdaşlar gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.
Bütün cəbhə boyu rayonlarda xüsusi əhəmiyyətli binalar əlavə olaraq generatorlarla təmin edilib. Təmas xəttində yerləşən rayonlara ehtiyat transformatorlar, naqillər, dayaqlar, ehtiyat hissələri və böyük həcmdə əlavə mal-material göndərilib. Məqsəd ən çətin məqamlarda belə vətəndaşlarımızı fasiləsiz və dayanıqlı şəkildə elektrik enerjisi ilə təmin etməkdir. Sərhəd rayonlarına ezam olunan “Azərişıq” ASC-nin rəhbər heyəti vəziyyətə yerindəcə nəzarət edir və mütamadi olaraq əməkdaşları təlimatlandırır.
Tovuzun Ağdam kəndinə erməni silahlı qüvvələri tərəfindən atılan mərmilər bəzi yerlərdə elektrik enerjisi xətlərinin zədələnməsinə səbəb olub. Və ərazidə olan “Azərişıq” ASC əməkdaşları operativ şəkildə elektrik xətlərini təmir edib. Hazırda kəndin elektrik enerjisi ilə təminatında heç bir problem yoxdur.
“Azərişıq” ASC əməkdaşları ön cəbhədə düşmənə sarsıdıcı zərbələr endirən qəhrəman əsgərlərimizlə çiyin-çiyinə dayanmaqdan qürur duyur!
Digər xəbərlər
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Zərdabda vətəndaşları qəbul edib 14 Mart 2025
- Masallıda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 05 Fevral 2025
- “Azərişıq” ASC cənub rayonlarında güclü qarın yaratdığı qəzaları aradan qaldırmaq üçün fasiləsiz çalışıb 10 Fevral 2025
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Qəbələdə vətəndaşları qəbul edib 24 Yanvar 2025
- “Azərişıq” ASC Cəlilabad və Masallının bir sıra kəndlərində elektrik təsərrüfatını yeniləyir 05 Aprel 2025