
6-7 fevral tarixlərində yağan güclü qar ölkə ərazisində, xüsusən cənub rayonları – Astara, Lerik və Yardımlının digər sahələrdə olduğu kimi elektrik təsərrüfatında da fəsadların yaranmasına səbəb olub. Elektrik xətlərinin zədələnməsi nəticəsində hər 3 rayonda 0.4 və 10 kV-luq xətlərin keçdiyi bir sıra dağlıq kənd və qəsəbələr işıqsız qalıb.
"Azərişıq" ASC-nin Lənkəran, Masallı, Cəlilabad, həmçinin qəza baş verən rayonların elektrik şəbəkələrinin əməkdaşları ilk gündən iş başında olub. Həyata keçirilən bərpa işləri nəticəsində ümumi ərazi gərginliklə təmin edilib. Dağlıq ərazilərdə qarın səviyyəsinin 1 metrə çatması nəticəsində tamamilə bağlanan yollarda "Azərişıq" ASC xüsusi texnikalarla yolları açıb, əməkdaşların qəza yerlərinə çatmasına şərait yaradıb. Yağan qarın hündürlüyünə və kəskin hava şəraitinə baxmayaraq əməkdaşlarımız qəzaların aradan qaldırılması istiqamətində 24 saat fasiləsiz çalışmalarını davam etdiriblər.
Qeyd edilən rayonlarda qısa vaxt ərzində elektrik enerjisinin verilişi tamamilə bərpa olunub.
Digər xəbərlər
- Elektrik enerjisinin təchizatı nəticəsində yaranan itkilər və onların azaldılması istiqamətində “Azərişıq” ASC tərəfindən görülən tədbirlər 19 Fevral 2025
- Lənkəranda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 30 Yanvar 2025
- Xəzər rayonunda yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 06 Aprel 2025
- Lənkəran və Masallıda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 21 Aprel 2025
- Elektrik enerjisi istehlakı üzrə debitor borcların ödənişinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər 11 Aprel 2025