
“Azərişıq” ASC ekolji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üçün qarşıya qoyulmuş hədəflərə çatmaq istiqamətində tədbirlər toplusunu həyata keçirməyə davam edir.
Belə ki, 2021-2023-cü illər ərzində Almaniya, Türkiyə, Rusiya Federasiyası, Böyük Britaniya, Belarusiya, Qazaxıstan, Cənubi Koreya və Çin XR səfərlər təşkil edilib, paylayıcı şəbəkə nümayəndələri və bu sahədə yerli ekspertlərlə təcrübə mübadiləsi aparılıb;
2022-ci ildə “Elektromobillik konsepsiyası və Paylayıcı şəbəkələrdə tələb ediləcək güc artımı” beynəlxalq təcrübə əsasında geniş təhlil aparılıb;
2023-cü il ərzində Tatarstan Respublikasının “Setevaya Kompaniya” şirkəti və “Enerqorazvitie” Mühəndislik Mərkəzi mütəxəssisləri ilə birgə enerji doldurma cihazlarının idarə edilməsi və güc balanslaşdırma sisteminin tətbiqinə başlanıb (Şuşa, Hadrut, Cəbrayıl və Füzuli yarımstansiyalarında quraşdırılan EDM-də sınaqdan keçirilib);
2023-cü ildə EDM-lərin güc təlabatının monitorinqi üçün Rəqəmsal Şəbəkələrin Baş İdarəetmə Mərkəzində xüsusi “EDM – Avtomatik İdarəetmə” proqram təminatı sınaqdan keçirilib;
2021-dən bu günədək, ilkin olaraq, işğaldan azad edilmiş ərazilərdə, sonradan digər ərazilərdə qurulmuş EDM-lərin SK-11 - 0,4 kV şəbəkələrin dispetçer idarəetmə sisteminə inteqrasiyası həyata keçirilir;
2023-cü ildən “Azərişıq” ASC tərəfindən hazırlanan “Paylayıcı Şəbəkələrin Strategiya Planı-2040” sənədində “Elektromobillik” fəsli üzrə “TEPSCO” Beynəlxalq məsləhətçi şirkət mütəxəssisləri ilə müvafiq məsləhətləşmələr aparılır;
“Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzində “elektromobillərin istismar qaydaları”, “enerji doldurma cihazlarının quraşdırılması, istismarı və təmiri”, “EDM infrastrukturunun yaradılması” mövzuları üzrə əməkdaşlar üçün təlimlər keçirilir (aşağı və yüksək sürətli ED cihazı quraşdırılıb, Honda markalı elektrikli nəqliyyat vasitəsi təlimlərdə istifadə edilir);
EDM-lərlə yanaşı, gələcəkdə Dronlar üçün nəzərdə tutulan NFC - enerji doldurma stansiyalarının enerji təchizatı məsələləri də təhlil edilir;
İşğaldan azad edilmiş ərazilərdə EDM-lərin enerji təchizatı üçün kiçik güclü günəş elektrik stansiyaları quraşdırılıb, şəbəkələrə inteqrasiya edilib.
Digər xəbərlər
- “Azərişıq” ASC “ASAN xidmət indeksi”nin qiymətləndirmə tarixində 99.60% nəticə əldə edərək öz rekordunu yeniləyib 24 Fevral 2025
- Məsafədən dispetçer idarəetmə və məlumatların toplanması sistemi (SCADA), elektrik şəbəkəsində tətbiq olunan innovativ texnologiya olmaqla itkilərin azaldılmasında mühüm rol oynayır. 14 Mart 2025
- “Azərişıq” ASC istehlakçıların elektrik təchizatı şəbəkəsinə daha rahat qoşulması üçün 2025-ci ildə də sahibkarlarla maarifləndirici görüşlərini davam etdirəcək 07 Aprel 2025
- Xətai rayonunda yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 06 May 2025
- Sabunçuda təmir-bərpa işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 13 Fevral 2025