“Azərişıq” ASC-nin fəaliyyətində yüksək peşə hazırlığına malik mütəxəssislər yetişdirmək mühüm əhəmiyyət kəsb edir.
Bununla əlaqədar, Səhmdar Cəmiyyətdə kadr hazırlığı keyfiyyətinin yüksəldilməsi üçün müasir dövrün tələblərinə cavab verən, elektroenergetika sahəsində dünyanın qabaqcıl texnologiyaları ilə təchiz edilmiş, beynəlxalq standartlara cavab verən müasir maddi-texniki bazaya malik tədris bazası yaradılmışdır . Tədris bazasında dünyanın elektroenergetika sahəsində inkişaf etmiş qabaqcıl istehsalçı şirkətlərinin (Siemens (Almaniya), ABB (İngiltərə), BAUR (Avstriya), TYCO Electronics (İsveçrə), Schneider Electric (Fransa), Legrand (Fransa), MEGGER (İngiltərə), OBO Bettermann (Almaniya), Weidmüller (Almaniya)) avadanlıqlar, materiallar və cihazlar quraşdırılmış, müasir sinif otaqları, təcrübə laboratoriyaları yaradılmış və müdavimlərin ixtiyarına verilmişdir.
Səhmdar Cəmiyyət tərəfindən respublikamızda kadr hazırlığının təşkili, təkmilləşdirilməsi, peşə hazırlığının artırılması məqsədilə müraciətlər əsasında digər təşkilatların işçilərinə, habelə fiziki şəxslərə ödənişli kursların təşkili ilə bağlı işlər həyata keçirilməkdədir. Bu işlərin davamlı təşkil edilməsi, Səhmdar Cəmiyyətin 2023-2027-ci illər üzrə Strateji İnkişaf Planında nəzərdə tutulan qaydada aparılması, qeyri-əhali abonentlərinin daxili şəbəkəsinə xidmət göstərən təmir/sazlama və istismar üzrə personalın, mühəndis-texniki heyətin, habelə fiziki şəxslərin ixtisaslarının və peşə hazırlığının təkmilləşdirilməsi, onların müvafiq sertifikatlarla təmin edilməsi, şəbəkənin etibarlılığının, dayanıqlığının qorunması məqsədi ilə, Regional Təlim-Tədris filialları yaradılmış və müasir biliklərə, innovativ düşüncə qabiliyyətinə, praktiki təcrübə metodologiyasına malik peşəkar müəllim heyəti formalaşdırılmışdır.
Bu kurslarda həmçinin:
- Elektrik Sistemlərinin İstifadəsi və İdarə Edilməsi
- Elektrik Quraşdırma və Təmir
- Elektrik Təhlükəsizliyi və Standartları
- Fövqəladə Hallar və Təhlükəsizlik Prosedurları
- Rəqəmsal Bacarıqlar və Proqramlaşdırma
- Elektrik Sistemində Problemlərin Təhlili və Həlli
- Komanda İdarəetmə Bacarıqları
- Bərpaolunan Enerji Mənbələrinin Tətbiqi
- Yaşıl Enerji Mənbələrinin araşdırılması, tətbiqi, idarəedilməsi, istismarı kimi təlimlər tədris edilir.
Təlimdə uğurla iştirak edəcək müdavimlər dünyanın bir çox aparıcı energetika şirkətləri tərəfindən tanınan “beynəlxalq-lokal” sertifikatlarla təmin olunmaqla yanaşı, işlədikləri müəssisələrin yüksək keyfiyyətli mütəxəssisləri olacaqlar.
Bu layihə, eyni zamanda enerji təchizat sisteminə qoşulmuş müəssisələrin uzunmüddətli perspektiv inkişaf planında xərclərə qənaət etməyə və uzunmüddətli istismar prosesinə nail olmağa kömək edəcəkdir.
Digər xəbərlər
- Bülbülə qəsəbəsində təmir işləri ilə əlaqədar elektrik enerjisi verilişində fasilə yaranacaq 29 Noyabr 2024
- Binəqədi, Sabunçu və Suraxanı rayonlarında təmir, yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 11 Dekabr 2024
- “Azərişıq” ASC paytaxtda və regionlarda enerji doldurma məntəqələri quraşdırır. 28 Oktyabr 2024
- “Azərişıq” ASC Şəki və Balakəndə yenidənqurma işlərini davam etdirir. 21 May 2024
- Səhmdar Cəmiyyət Elektron Hökumət Portalı vasitəsilə abonentlərə debitor borclar barədə elektron arayış təqdim edir 30 İyul 2024