“Azərişıq” ASC ölkənin bütün regionlarında yenidənqurma işlərini davam etdirir.
Tovuz rayonunun Qaradaş və Səfərli kəndlərinin elektrik şəbəkəsi yenidən qurulur.
Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, “Azərişıq” ASC tərəfindən həyata keçirilən investisiya layihəsi çərçivəsində Tovuzun ucqar dağ kəndləri olan Qaradaş və Səfərli kəndlərinin elektrik şəbəkəsi yenidən qurulur.
Yenidənqurma işləri çərçivəsində 83 abonenti olan Qaradaş kəndində 5 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 13 km-a yaxın 10 kV-luq, 11 km-dan çox 0,4 kV-luq elektrik xətti yenilənəcək.
Tovuzun Səfərli kəndində də yenilənmə işlər davam etdirilir. 95 abonenti olan kənd ərazisində 4 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 17 km-dan çox 10 kV-luq, 14 km-dan artıq 0,4 kV-luq elektrik xətti dəyişdiriləcək. Hər iki kənddə elektrik sayğacları yenisi ilə əvəz olunacaq.
Qaradaş və Səfərli kəndləri ilə yanaşı, rayonun Qandallar və Papaqçılar kəndlərində də işlər aparılır. 4 kənddə yenidənqurma yekunlaşdıqdan sonra ümumilikdə 359 abonent keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin ediləcək.
Xatırladaq ki, investisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir. İşlərin davam etdiyi və yekunlaşdığı digər kəndlər barədə də silsilə məlumatlar təqdim edəcəyik.
Digər xəbərlər
- Müasir texnologiyaların tətbiqi elrktrik enerjisi üzrə debitor borcları azaltmağa imkan yaradır. 05 İyun 2024
- Qubada yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 03 Dekabr 2024
- Müasir tələblərə cavab verən elektroenergetiklərin hazırlanması “Azərişıq” ASC-nin ümdə vəzifələrindəndir 06 Avqust 2024
- Müştəri məmnuniyyəti üçün xidmətlər təkmilləşdirilir. 28 Mart 2024
- Enerji təchizatı şəbəkəsinə (ETŞ-yə) qoşulma ilə bağlı tez-tez verilən suallar. 18 Sentyabr 2024