“Azərişıq” ASC obyektlərdə və evlərdə elektrik enerjisinin talanması hallarını aşkarlayıb.
“Azərişıq” ASC elektrik enerjisi itkilərinin azaldılması yönündə yenilənmə işlərini davam etdirir. Bu yenilənmələr xüsusilə innovativ texnologiyalar əsasında həyata keçirilir. Bunlarla yanaşı, abonentlərlə mütamadi olaraq maarifləndirici söhbətlər də aparılır.
Görülən bütün tədbrilərə baxmayaraq, təəssüf ki, elektrik enerjisinin talanması hallarının qarşısını tam almaq mümkün olmayıb. Sayğaclara aylıq baxış zamanı həm əhali, həm də qeyri-əhali abonent qrupları arasında elektrik enerjisindən qanunsuz istifadəyə rast gəlinir.
Belə hallardan biri İsmayıllı rayonunda yerləşən “Bazar market” adlı obyektdə aşkarlanıb. Baxış zamanı məlum olub ki, obyektə elektrik sayğacından kənar xətt daxil olur.
Analoji hal Quba rayonunun Zərdabi qəsəbəsində fəaliyyət göstərən marketlərin birində də aşkarlanıb.
Daha bir neqativ hal Lənkəran rayonunun Separadi kəndində şadlıq evinin sayğacına baxış zamanı müəyyən edilib. Restorana elektrik sayğacından kənar xətt daxil olduğu ortaya çıxıb.
Uçot dəstinə müdaxilələr obyektlərlə yanaşı, fərdi yaşayış evlərində də aşkar edilib. Xırdalan şəhərində abonentin sayğaca qanusuz müdaxiləsi müəyyən olunub. Belə ki, abonent sayğacın üzərinə maqnit yerləşdirib və beləcə hərəkət mexanizmini dayandırıb.
Növbəti belə faktlardan biri Xızı rayonu Şurabad qəsəbəsində fərdi yaşayış evində qeydə alınıb. Yeraltı xətt çəkilməklə uçot dəstinə qanunsuz qoşulmanın olduğu aşkarlanıb.
Hər bir abonent bu məsələdə məsuliyyətli olmalıdır. Sayğaclara edilən qanunsuz müdaxilələr, elektrik veriliş xətlərinə uçotdan kənar qoşulmalar səbəbindən xətlər həddindən artıq yüklənir və nəticədə həmin xətlər boyunca elektrik enerjisinin keyfiyyəti azalır, gərginliyin aşağı həddə düşməsinə səbəb olur. Bu da istehlakçıların keyfiyyətli elektrik enerjisi ilə təmin etməyə maneələr yaradır. Ən əsası isə belə neqativ hallar insanların həyat və sağlamlıqları üçün ciddi təhlükədir.
Digər xəbərlər
- Yeni Elektrik Şəbəkəsinə Qoşulma Qaydalarının Tətbiqi, Tariflər və Elektron Müraciət İmkanları 24 Sentyabr 2024
- “Azərişıq” ASC-dən genişmiqyaslı ağacəkmə aksiyası. 20 Oktyabr 2024
- Müasir texnologiyaların tətbiqi elrktrik enerjisi üzrə debitor borcları azaltmağa imkan yaradır. 05 İyun 2024
- “Azərişıq” ASC və Ali təhsil müəssisələri arasında əməkdaşlıq 08 İyun 2024
- Enerji təhlükəsizliyi: əhali və qeyri-əhali qrupların enerji istehlakınin əsas göstəriciləri 03 Dekabr 2024