“Azərişıq” ASC - prioritet istiqamətlərindən  olan insan resurslarının-kadr potensialının bilik və bacarıq  səviyyəsinin artırılmasını müxtəlif tədbirlər vasitəsilə nail olmağı qarşısına hədəf olaraq qoymuşdur:

1.Təlim və inkişaf: Elektrik enerjisi təchizatı sahəsində aktual mövzular, o cümlədən yeni texnologiyalar, təhlükəsizlik, səmərəlilik və hüquqi tənzimləmələr üzrə müntəzəm təlimlər, seminarlar və kursların təşkil edilməsi.

2.Sertifikatlaşdırma və Lisenziyalaşdırma: İşçilərə öz vəzifələrini icra etmək üçün lazımi sertifikat və lisenziyaların alınmasında, həmçinin kənar təşkilatlardan daxil olan müraciətlər əsasında elektroenergetika sahəsində müvafiq dərəcələrin verilməsində müvəffəq müdavimlərə sertifikatların təqdim olunması.

3.Təcrübə mübadiləsi: İşçilərin öz biliklərini və ən yaxşı təcrübələrini paylaşa biləcəyi daxili təcrübə mübadiləsi sessiyalarının təşkil edilməsi və beynəlxalq müsabiqələrdə iştiraklarının təmin edilməsi, dəstəklənməsi

4.Elmi Rəhbər və Mentorluq proqramı: Təcrübəli işçilərin öz təcrübə və biliklərini gənc mütəxəssislərə ötürə bildiyi mentorluq proqramlarının yaradılması istiqamətində layihələrin həyata keçirilməsi (misal olaraq Təlim Təcrübə Laboratoriyası, Mühəndis kursu layihələri)

5. Fərdi təlim: Xarici dillər, proqramlaşdırma, layihələrin idarə edilməsi və s kimi təlim proseslərinin təmin edilməsi və mütəmadi olaraq keçirilməsi.

6.Əsas Fəaliyyət Göstəricilərinin (ƏFG) Qiymətləndirilməsi: İşçiləri inkişaf etdirməyə və öyrənməyə təşviq edən performans qiymətləndirmə sistemlərinin tətbiqi mexanizminin hazırlanması və mövcud struktur vahidlərində yüksək vəzifə ilə təmin olunması

7.Texnologiyadan istifadə: Geniş çeşidli təhsil resurslarına çıxışı təklif edən interaktiv təhsil və inkişaf platformalarından istifadənin aşılanması

8.Təlim dəstəyi: İşçilərin təlimi və inkişafı üçün maliyyə dəstəyinin göstərilməsi istiqamətində addımların atılması.

9.Daxili təcrübə proqramları: Tələbələr və gənc mütəxəssislər arasından yeni kadrların cəlb edilməsi və hazırlanması üçün istehsalat-təcrübə proqramlarının keçirilməsi.

10.İnnovasiyaya Açıqlıq: İşçilərin yeni ideyalar təklif etmək və innovativ yenilikləri sınaqdan keçirmək üçün rahat mühitin və şəraitin yaradılması.