Elektrik şəbəkəsinin tarixi


 Bakıda ilk elektrik stansiyası 1895-ci ildə Bayıl şossesi üzərindəki Bakı doklarında quraşdırılmışdır. Azərbaycan Respublikasının Dövlət Tarixi Arxivinin sənədlərinə görə cərəyan alman istehsalı olan "Algemayne" sisteminin dinamo-maşınından verilirdi.

   

1898-1899-cu illərdə şəhərdə “Elektriçeskaya sila” (Elektrik gücü) adlı Səhmdar Cəmiyyətinin Bakı şöbəsi yaradıldı. Bu Cəmiyyət öz növbəsində,  "Siemens və Qalske" firmasının 1886-cı ilin “Elektrik İşıqlandırılması Cəmiyyəti”nin filialı idi.


1900-cu ildə "Siemens və Qalske" firması Bibiheybətdə - Bayıl burnunda və Qara şəhərdə (indiki Ağ şəhər) ikinci elektrik stansiyasının qurulmasına başlandı.1901-ci ilin iyul ayının əvvəlində Bibiheybət elektrik stansiyası sınaqdan keçirildi, bir həftə sonra isə stansiya daimi istifadəyə verildi. 1902-ci ildə isə Qara şəhərdə elektrik stansiyası istismara verildi. 1903-cü ildə elektrik stansiyalarının sayı artıq 70-ə çatmışdır.

1906-cı ilin mart ayında ilk dəfə  elektrik enerjisinin ötürülməsinə başlanılıb. Qara şəhərdəki elektrik yarımstansiyasdan Balaxanı neft mədənlərinə 8,1 km uzunluğunda 20 kV gərginlikli  iki elektrik hava xətti çəkilib.

 Növbəti inkişaf 1909-1920-ci illərdə baş verdi. Balaxanı, Ramana və  Suraxanı rayonlarında 60-dan çox transformator məntəqələri tikilmişdi.

1920-ci ildə respublikanın ərazisində yerləşən energetika müəssisələri milliləşdirildi və onların bazasında “Elektrotok” adlı idarə yaradıldı.

   

Bakı Elektrik Şəbəkəsi 1920-ci ildən etibarən bir sıra qurumların tərkibində fəaliyyət göstərmişdir. 1929-cu ilə qədər Azneftin “Elektrotok” idarəsinin tərkibində olmuş, 1929-cu ildə SSRİ Mərkəzi İcraiyyə Komitəsinin Qərarı ilə Bakı Şəhər Elektrik Şəbəkəsi (BŞEŞ) Bakı Şəhər Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Sovetinin Qərarı ilə 1963-cü ildə Energetika və Elektrikləşdirmə Baş İdarəsinin tabeliyində olmuşdur. 1969-cu ildən 2000- ci ilə qədər isə Bakı Şəhər İcraiyyə Komitəsinin,  Bakı Şəhər İcra hakimiyyətinin tərkibində fəaliyyət göstərmişdir.

İri yarımstansiyaların, istehsalat obyektlərinin və elektrik xətlərinin tikintisi yalnız ötən əsrin 70-ci illərində geniş vüsət aldı. O zaman bu işlərin təşəbbüskarı respublikaya yeni təyin olunmuş rəhbər umummilli lider Heydər Əliyev idi.   

  

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 14 iyun tarixli sərəncamı ilə paytaxtın elektrik şəbəkəsinin fəaliyyətinin sağlamlaşdırılması və şəhərin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması məqsədilə “Bakıelektrikşəbəkə” Açıq Tipli Səhmdar Cəmiyyəti yaradıldı. 02.01.2002-ci ildən 03.07.2006-cı ilə qədər Türkiyənin "Barmek Holdinq A.Ş” şirkətinə idarəetməyə  verilmişdir. Аzәrbаycаn Rеspublikаsı Prеzidеntinin 10.08.2006-cı il tаriхli sәrәncаmı ilә “Bаkıеlеktrikşәbәkә” АSC-nin fәаliyyәti bərpa olunduqdan sonra abadlıq və investisiya işlərinin aparılması məqsədilə Prezidentin ehtiyat fondundan maddi yardımın ayrılması barədə müvafiq sərəncam verilmişdir. Heydər Əliyev siyasi kursunun  layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizin digər sahələri kimi elektroenergetika sahəsinə də daim diqqət və qayğı göstərilir.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC-nin adı dəyişdirilərək “Azərişıq” ASC adlandırılmaqla Azərbaycan Respublikası ərazisində (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatının həyata keçirilməsi “Azərişıq”ASC-yə həvalə edilmişdir.