Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 10.02.2015-ci il tarixli Sərəncamına əsasən "Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Arxiv materiallarından və şəbəkədə uzun müddət işləyən şəxslərdən əldə edilən məlumatlara əsasən, 1944-cü ildən indiyədək Bakı Paylayıcı Elektrik Şəbəkəyə rəhbərlik etmiş şəxslər haqqında məlumatları diqqətinizə çatdırırıq.


Əhmədov Vüqar Cəbrayıl oğlu

2015-ci ildən hal-hazıradək “Azərişıq” Açıq Səhmdar Cəmiyyətində sədr müavini vəzifəsində çalışırdı. 2020-ci il yanvarın 7-də Azərbaycan Prezidentinin sərəncamı ilə “Azərişıq” ASC-nin sədri vəzifəsinə təyin edilib.


Rzayev Baba Hüseynağa oğlu

2006-2015-ci illər ərzində "Bakıelektrikşəbəkə" ASC-nin İdarə Heyətinin Sədri vəzifəsində işləyib. 2015-2018 -ci illər ərzində “Azərişıq” ASC-nin Sədri vəzifəsində işləyib. Hazırda "Azərenerji" ASC-nin prezidenti vəzifəsində çalışır.


Rzayev İdris Cəlil oğlu

1948-ci ildə Lənkəran rayonunun Zövlə kəndində anadan olub. Noyabr 2001-ildən-31 dekabr 2001-il dövründə Bakıelektrikşəbəkə ATSC-nin İdarə Heyyətinin sədri işləyib.


Pirverdiyev Etibar Sinabəddin oğlu

1964-cü ildə Qusar rayonunun Yuxarı Ləgər kəndində anadan olub. İyun 2000- noyabr 2001-illər Bakıelektrikşəbəkə ATSC-nin İdarə Heyyətinin sədri işləyib.


Ələsgərov Yusif

1964-cü ildə anadan olub. 1998-2000-ci illər Bakıelektrikşəbəkə İB-nin baş Direktoru işləyib


Abdullyaev İbrahim Hüseyn oğlu

1942-ci ildə Bakı şəhərində anadan olub.1988-1998ci illər Bakıelektrikşəbəkə İstehasalat Birliyinin Baş direktoru işləyib.


İsayev Nəriman Agaxan oğlu

1930-cu ildə Bakı şəhərində anadan olub. 1986-1988-ci illər Bakıelektrikşəbəkə İstehsalat Birliyinin Baş direktoru vəzifəsində işləyib N.İsayev 1988-ci ildə vəfat edib


Əlizadə Müseyib Əli İsgəndər oğlu

1916-cı ildə Bakı şəhərində anadan olub. 1953-1986-cı illər Bakı elektrik şəbəkəsinin direktoru işləyib.


Rüstəmov Surxay

1951-1953-cü illər Bakı şəhəri Elektrik Şəbəkəsinin direktoru işləyib.


Qədirov Heybət Həsən oğlu

1949-1951-cü illər Bakı şəhəri Elektrik Şəbəkəsinin direktoru işləyib.


Hüseynov Pir-Məmməd Məlik Əhməd oğlu

1919-cu ildə Bakı şəhərinin Maştaga qəsəbəsində anadan olub. 1944-1949-cu illər Bakı şəhəri Elektrik Şəbəkəsi İdarəsinin direktoru vəzifəsində işləyib. P.M.Hüseynov 1977-ci ildə vəfat edib.