TƏHLÜKƏSİZLİK TEXNİKASI

 

Özünü və ailəni qoru

 

Hər il ölkəmizdə yüzlərlə insan elektik cərəyanı vurmasından həlak olur. Belə hadisələrin qarşısını almaq üçün elektrik enerjisindən istifadə qaydalarını öyrənmək və bu qaydalara riaət etmək lazımdır.

 

Təhlükəsizlik qaydalarını öyrənin!

 

 

Elektrik Vurması Necə Baş Verir?
 
Elektrik cərəyanı insanın bədənində asanlıqla hərəkət edir.
 
İnsanın bədəninin 70%-i sudan ibarətdir və su yaxşı elektrik keçiricisidir. Beləliklə, siz açıq elektrikli simə və ya xarab olmuş elektrik cihazına toxunarkan elekrik enerjisi sizin bədəninizi ən yaxşı elektrik keçiricisi kimi istifadə edib torpağa keçir. Əgər siz torpağın üzərindəsinizsə, bu zaman elektrik enerjisi sizin bədəninizdən keçərək torpağa gedəcək, bu da faciə ilə nəticələnə bilər.
 
Bu çox çəkmir
 
Əgər insanın sinəsindən 7.5-vat gücundə elektrik cərəyanı keçsə bu ölümlə nəticələnə bilər. Lakin, bu elektrik cərəyanı insanı öldürməsə də, ona ciddi xəsarət yetirə bilər: zədə, yanma, daxilili qanaxma və s. 100 vatlıq lampa və ya 1000 vatlıq saçqurudan insanı öldürə bilər.
 
Elektrik cərəyanından özünü qorumaq üçün onun insan bədəninnə təsirini və ondan necə qorunmağı bilmək lazımdır.

 

Elektrik Xətləri
 
Başımızın üstündəki təhlükə: Yüksək gərginlikli hava xətləri
 
Yüksək gərginlik hava xətləri izolyasiya olunmayub və 500 000 volt daşıyırlar. Əgər, siz yerin üzərində durub, bu xətlərdən birinə bədənivizlə və ya əlinizdə olan bir cisimlə toxunsanız sizin bədəninizdən o saat elektrik cərəyanı keçib sizə ciddi xəsarət yetirə və ya öldürə bilər.
 
Təsvir edin ki, bütün xətlər enerjilidir
 
Bəzən biz yoldan keçərkən elektrik xətlərindən ayrılmlş bir xətə rast gələ bilərik (məsələn, troleybusun xətləri). Onu bilmək lazımdır ki bu xətə toxunmaq təhlükəlidir.
 
Yeraltı xətlər də təhlükəlidir
 
Yeraltı xətlər yerin altında olsa da, biz onları yeri qazarkən bel və ya kürəklə zədələyə bilərik ki, bu da bizim üçün çox təhlükəli ola bilər. Yarımstansiya və transformatorların enerjili hissələri də, təhlükəli ola bilər.
 
Elektrik xətləri və elektrik ləvazimatı ilə məsafə saxlasan onlar öz işlərini təhlükəsiz görəcək.

 

Sizin Paylayıcı Şıtıniz
 
Elektrik paylayıcı şitinizdən xəbərdar olun
 
 
Elektrik paylayıcı şiti əriyən qoruyucu və ya cərəyankəsicilər ilə təchiz olunur. Əgər evinizdə qısa qapanma və ya həddindən artıq gərginlik baş versə cərəyankəsici və ya əriyən qoruyucu elektrik enerjisinin verilməsini kəsəcək.
 
Elektrik paylayıcı şiti ilə siz elektrik enerjisinin verilməsini kəsə bilərsiniz
 
·  Əgər siz əriyən qoruyucunu dəyişdirmək, evinizdə elektirklə bağlı bir iş görmək istəyirsinizsə və ya evinizdə yanğın, elektrik vurma və ya başqa bir ifrat hadisə baş verərsə o zaman siz Elektrik paylayıcı şiti əsas elektrik açarı ilə elektrik enerjisinini söndürə bilərsiniz.
 
·  Əgər əsas elektrik açarı yoxdursa, o zaman bütün elektrik açarlarını söndürə bilərsiniz.
 
·  Əgər siz işığı hansı bir dövrədə söndürübsünüzsə, o zaman işə başlamaqdan əvvəl işlədiyiniz dövrdə işığın olub-olmadığını voltmeter ilə ölçməniz lazımdır, (Ola bilər ki, siz yanlış dövrü söndürübsünüz.)
 
Həll olunmalı problemlər
 
Yadda saxlayın ki, tez-tez yanan əriyən qoruyucu və ya sönən cərəyankəsici dövrün həddən artıq yüklənməsini və ya başqa bir problemin olduğundan xəbər verir. Əgər belə hal baş verərsə, o zaman elektrik mühəndisini çağırıb problemi müəyyən etmək və aradan qaldırmaq lazımdır. Qətiyyən özünüz sayğaca müdaxilə etməyin – bu elektrik vurma, partlayış və ya yanğın ilə nəticələnə bilər.
 
Elektrik enerjisi sizin evinizə necə daxil olduğunu və onu necə söndürüb-yandırmağını öyrənin. Elektrik xəttlərini həddən artıq yükləməyin.
 
Bilirsinizmi...
 
Əriyən qoruyucunun içində nazik metal sim olur, bu da onun üzərindən həddən artıq cərəyan keçəndə əriyir və elektrik cərəyanını verilməsini kəsir. Buna əriyən qoruyucunun “yanması” deyilir. Cərəyankəsici elektrik açarına bənzəyir, və dövr həddən artıq yüklənəndə elektrik cərəyanın verilməsini kəsir.

 

Torpaqlama
 
Torpaqlama sistemi ağır elektrik vurmanın qarşısını ala bilər.
Torpaqlama sistemi 1961-ci ildə yaradılmışdır. Bu sürətli dövr söndücüsüdür ki, elektrik xəttlərində elektrik cərəyanının nasazlığı nəticəsində yaranan kiçik bir dəyəşikliyi sürətlə müəyyən edir və elektrik enerjisinin verilməsini dərhal kəsir.
 
Torpaqlama sistemi harada yerləşir:
 
·  Müasir binalarda torpaqlama sistemi mətbəxlərdə, hamamlarda, qarajlarda və zirzəmilərdə olur.
·  Köhnə binalarda onları elektrik montyoru köhnə rozetkaların yerində quraşdıra bilər.
·  Eyni zamanda portativ torpaqlama sistemi də istifadə edilə bilər.
 
Torpaqlanan ştepsel də evinizdə təhlükəsizliyi təmin edə bilər
 
Bəzi elektrik açarları daxilində yerləşən xüsusui məftil vasitəsi ilə torpaqlanır. Əgər elektrik məişət cihazının üzərindən elektrik cərəyanı keçsə o sizin üzərinizdən yox, məftil ilə torpaqlanacaq. Heç vaxt üç gözlü ştepseli tərpətməyin və dəyişdirməyin.
 
Torpaqlama sistemi elektrik cərəyanını təhlükəsiz yolla yerə keçirir.

 

Elektrik səbəbindən baş verən yanğınlar.
 
Elektrik lampaları və xətlərdən qorunun
 
İşıq lampasının istisi 300°F dərəcəyə çata bilir və tez-tez yanğına gətirib çıxardır. Həddən artıq yüklənmiş rozetka və elektrik şəbəkəsi də yanğının səbəbi ola bilər. Elektrik cihazlarını elektrik dövrəsinə qoşarkən dövrənin amper gücü cihazın amper gücünə uyğun olub olmadığını yoxlamaq lazımdır. Və heç zaman elektrik şnurlarını xalçanın və ya mebelin altından çəkməyin, ona görə ki, o həddən artıq qızıb yanğına gətirib çıxara bilər.
 
Yanğın və ya elektrik vurması ilə nəticələnə bilən problemləri dərhal həll edin
 
Hadisənin baş verməsini gözləməyin. Aşağıda göstərilən əlamətləri görsəniz gözləmədən ixtisaslı elektrik mühəndisini çağırın:
 
·  Tez-tez yanan əriyən qoruyucu və ya sönən cərəyankəsici
 
·  Elektrik cihaza toxunarkan arabir sancma hiss edəndə
 
·  Rozetkanın rənginin dəyişməsi
 
·  Elektrik cihazından və ya şnurdan yanıq iyi gələndə
 
·  Rozetkadan cızıltı səsi gələndə
 
·  Qığılcım
 
Elektrik cihazları yana bilər
 
Tez alışan əşyaları işıq lampalarından, qızdırıcılardan və başqa elektrik cihazlarından uzaqda saxlayın. Evdən çıxarkan qızdırıcı və plitələri söndüməyi unutmayın.
 
Yanğının və elektrik vurmanın qarşısını almaq üçün Elektrik cihazları və xətləri ilə ağıllı davranın.

 

Elektrik Cihazları
 
Elektrik cihazları ilə davranarkan xüsusi qaydalara riayət edin
 
Elektrik cihazlarını təmizləyərkən onları elektrik xəttindən çıxardın. Heç vaxt metal əşyaları elektrik cihazlarının və rozetkaların içinə salmayın – sizi tok vura bilər. Həddindən artıq qızan elektrik cihazlarını dərhal elektrik xəttindən çıxardın və onları ustaya göstərin.
 
Elektrik cihazlarının şnurları ilə ehtiyatlı davranın
 
·  Həmişə ştepseli dartın, şnuru yox
 
·  Elektrik cihazlarını şnurlarından tutub aparmayın
 
·  Şnurları xalçanın və ya mebelin altında saxlamayın
·  Şnurları zədələnmiş və ya pis izolyasiya olunmuş elektrik cihazlarından istifadə etməyin
 
·  Elektrik cihazlarının şnurlarının uşaqlar oynadığı yerlərdən uzaq tutun
 
Qızdırıcılar ilə ehtiyyatlı davranın.
 
Yanğın baş verməməsi üçün qızdırıcıları kağız, yorğan-döşək, pərdə və başqa tez alışan əşyalardan uzaqda saxlayın. Eləcədə elektrik qızdırıcıları sudan uzaqda saxlayın ki, elektrik vurmanın qarşısını alasınız. Heç vaxt elektrik qızdırıcıları nəzarətsiz və ya uşaqlar olan yerdə tək qoymayın.
 
Elektik cihazlarını işlətməkdən qabaq onların yaxşı istismar vəziyyətində olmasından əmin olun. Elektrik cihazlarını apararkan onların şnurlarından tutmayın və həmişə onları elektrik xəttindən ayırarkan ştepseldən tutun ki, şnuru zədələməyəsiniz.

 

Elektrik Enerjisi və Su
 
Su elektrik enerjisini qüsurlu cihazlardan və ya naqillərdən daha rahat keçməsinə şərait yaradır. İnsan bədəninin yaş olması elektrik enerjisinə qarşı müqaviməti azaldır. Aşağıdakı məsləhətlərə nəzər yetirin.
 
Məişət elektrik cihazlarını sudan qoruyun. Heç bir zaman radio və digər cihazlərı hamam otağında istifadə etməyin. Hətta bu cihazlar batereya ilə işləsə də…
 
Əgər sisin əliniz suludursa, heç bir zaman elktrik şnuruna, elektrik açarına və ya digər elektrik cihazlarına toxunmayın.
 
Torpaqlama sistemi
 
Suyun olduğu yerlərdə elektrik enerjisinin təhlükəsizliyini təmin etmək üçün torpaqlama sisteminin olması şərtdir. Torpaqlama sisteminin olmadığı yerlərdə portativ torpaqlama sistemindən istifadə etmək məsləhətdir. Bəzi yeni elektrik cihazlarında artıq torpaqlama sistemi nəzərə alnmışdır. Belə ki, ekvivalent olmayan elektrik açarları bir-birinə düşmür.
 
Elektrik cihazlarını və şnurları sudan və sulu əllərdən uzaq tutun.

 

İş Yerində Təhlükəsizlik
 
Təhlükəsiz işləməyi ikinci xasiyyət edin
 
Elektrik enerjisində yaranan hər hansı təhlükənin aradan qaldırılması ilə əlaqədar müdiriyyə məlumat verin və bu təhlükənin qısa müddətdə aradan qaldırılması üçün çalışın.
 
Təhlükəli qısaltmalardan çəkinin
 
Ola bilsin ki iş yerinin təmiz saxlanması, şnurların yoxlanılması və s. kimi təmizlik fəaliyyətləri vaxtınızı aparsın, amma, bu profilaktik tədbirlər elektrik qəzalarının qarşısını ala bilər. Yeni elektrik avadanlıqlarını işlətməzdən əvvəl, həmin cihazın istifadə qaydalarını öyrənin.
 
Qoruyucu cihazlardan istifadə edin
 
Əgər siz elektriklə əlaqəli işdə işləyirsinizsə, sizin qoruyucu cihazlarınız sizi elektrik vurmadan və elektrik yanğınlarından müdafiə edər. Çəkmələri, əlcəkləri və digər ləvazimatları yaxşı vəziyyətdə saxlamaq lazımdır. Çünki, hər hansı bir qüsur elektrik enerjisinin keçməsinə şərait yaradır. İzolent, qoruyucu ekranlardan və digər elektrik keçirməyən ləvazimatlardan istifadə edin.

 

İş Yerində Yanğının Qarşısının Alınması
 
Elektrik Enerjisindən baş verən yanğınlar
 
Elektrik yanğınları əsasən elektrik xətlərinin həddindən artıq qızmasından və elektrik cihazlarının həddindən artıq yüklənməsindən baş verir. Elektrik xətlərinin həddindən artıq qızması nəticəsində bu xətlərin izolyasiyası əriyə və ya yana bilər. Bu da iş yerində təhlükə mənbəyinə çevrilə bilər. Digər tərəfdən həddindən artıq yüklənmiş elektrik cihazlarının motorları qızaraq ətrafda olan tezalışan maye və cismləri yandraraq yanğınla nəticələnə bilər.
 
Sizin önləmə planınız:
 
1) Elektrik alətlərini, cihazlarını düzgün istifadə et və tımir et. Ləvazimatları təmiz saxla.
 
2) Uzadıcı şnuru istifadə etməzdən əvvəl onu tamamilə açmaq lazımdır. Istifadə etdiyiniz şnurun amperi görəcəyiniz işin amperinə uyğun olub olmadığından əmin olun. Zəif qığılclm, qeyri adi istilik və iy verən elektrik cihazları istifadə etməyin. Əgər belə bir şübhəli hal yaranarsa cihazı yoxlayaraq onu təmir edin.
 
3) Taxta və kağız qırıntılarını yerdən süpürün və tezalışan mayeləri oddan uzaqda saxlayın. Elektrik cihazlarını tezalışan qazların, mayelərin, tozların və kağızların olduğu yerdə istifadə etməyin.
 
Təhlükəyə qarşı hazırlıqlı olun
 
Yanğın zamanı nə edəcəyinizi planlaşdırın ki, belə bir hadisə zamanı tez hərəkət edə biləsiniz. Ən yaxında olan yanğın söndürəndən, ondan istifadə qaydasıdan, ən yaxın yanğın çıxışından və yanğın zamanı evakuasiya planından xəbərdar olun. Həminçinin şirkətin yanğın söndürənləri ilə və digər fövqaladə hallar üzrə personalı ilə tanış olun.
 
İş yerində elektrik xətlərinin və cihazları həddindən artıq qızmasına imkan verməyin və hər zaman yanğınla mübarizəyə hazırlıqlı olun.
 
Bilirsinizmi...
 
Elektrik yanğınlarını söndürmək üçün heç vaxt sudan istifadə etmək olmaz. Çünki, bu elektrik yanğınının genişlənməsi və ciddi elektrik vurması ilə nəticələnə bilər. Bunun əvəzinə yanğınsöndürəndən istifadə edin. O halda yanğını söndürməyə cəhd edin ki, yanğından müdafiə kursu keçmiş olasınız və yanğın kiçik həcmli yanğın olsun.

 

Ailənizin Təhlükəsizliyi
 
Uşaqları elektrik xətalarından qoruyun
 
Uşaqlara elektik cihazları ilə oynamaması haqqında təlimat verin. Onları elektrik açarlarına hər hansı bir əşya salmasına yol verməyin. Elektrik açarlarına kilit vurulması da yaxşı fikirdir. Uşaqları elektrik cihazlarını sudan uzaqda tutması haqqında təlimatlandırın.
 
Uşaqları aşağıdakı mühim təhlükəsizlik qaydaları ilə tanış edin
 
·  Çərpələng və hava şarlarını elektrik xətlərindən uzaq tutun.
 
·  Əgər siszin oyuncağınız elektrik xətlərinə dolaşmışsa bu zaman yaşlı şəxsləri köməyə çağırın.
 
·  Yalnız elektrik xətlərindən uzaq məsafədə olan ağaclara çıxın.
 
Elektrik cihazlarına yaxın durmayın
 
Elektrik enerji xətləri, transformator, yarımstansiyalar və digər elektrik cihazları ilə davranma qaydalarını da uşaqlara öyrətmək lazımdır. Learning to recognize "Ehtiyyatlı olun: yüksək gərginlik var" işarəsini tanımaq sizi böyük xətalardan qurtara bilər.
 
Əsas texniki təhlükəsizlik qaydalarını uşaqlara öyrətməklə, siz uşaqlarınızı baş verə biləcək xətalardan sığorta etmiş olarsınız.