Azərbaycan Respublikası Tarif (qiymət)   

                                                                                                                                                                                     Şurasının 2021-ci il 16 oktyabr          

                                                                                                                                                tarixli 14 nömrəli qərarı ilə             

                                                                                                                                                    təsdiq edilmişdir                    



Elektrik enerjisinin ölkədaxili tarifləri


 

Xidmətlərin adı

Tariflər

(ƏDV ilə, qəpik/kVts)

ı

ıı

ııı

1.

İstehsalçıdan satınalma

 

1.1.

Özəl kiçik su elektrik stansiyaları üzrə

5,0

1.2.

Külək elektrik stansiyaları üzrə

5,5

1.3.

Digər bərpa olunan mənbələr üzrə

5,7

1.4.

Alternativ mənbələr üzrə

6,6

2.

Topdansatış (bu Qərarın 8-ci bəndində göstərilən istehlakçılar istisna olmaqla)

6,6

2.1.

Enerji təchizatı birbaşa 35 və 110 kV-luq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kVts-dan az olmayan alüminium sənayesi 

 

2.1.1.

Gündüz vaxtı (saat 08.00-dan 22.00-a qədər)

6,4

2.1.2.

Gecə vaxtı (saat 22.00-dan 08.00-a qədər)

3,1

3.

Tranzit ötürülmə

0,2

4.

Pərakəndə satış

 

4.1.

Əhali

 

4.1.1.

aylıq istehlak həcminin 200 kVts-a qədər (200 kVts daxil) olan hissəsi üçün

8,0

4.1.2.

aylıq istehlak həcminin 200 kVts-dan 300 kVts-a qədər (300 kVts daxil) olan hissəsi üçün

9,0

4.1.3.

aylıq istehlak həcminin 300 kVts-dan çox olan hissəsi üçün

13,0

4.2.

Qeyri-əhali (bu Qərarın 8-ci bəndində göstərilən istehlakçılar istisna olmaqla)

 

4.2.1.

Ticarət və xidmət

11,0

4.2.2.

Digərləri

10,0


Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müvafiq Qərarlarının siyahısı:


1. https://e-qanun.az/framework/47967  - 2016-cı il 14 iyul 11 nömrəli Qərar

2. https://e-qanun.az/framework/47971  - 2016-cı il  22 dekabr 20 nömrəli Qərar

3. https://e-qanun.az/framework/47968  - 2016-cı il 28 noyabr 17 nömrəli Qərar

4. https://e-qanun.az/framework/47974  - 2021-ci il 30 iyun 9 nömrəli Qərar

5. https://e-qanun.az/framework/48467  - 2021-cı il 16 oktyabr 14 nömrəli Qərar

6. https://e-qanun.az/framework/50045  - 2022-ci il 26 iyul 7 nömrəli Qərar


AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

 

QƏRAR № 4

 

Bakı şəhəri, 3 may 2024-cü il

 

Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödəniş məbləğlərinin tənzimlənməsi barədə

 

“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 773-VIQD nömrəli Qanununun tətbiqi və “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 8 fevral tarixli 2034 nömrəli Fərmanının 3-cü hissəsinə əsasən, Nazirlər Kabinetinin 21.11.2023 tarixli 422 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin hesablanmasına dair metodologiya”ya və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:

1. Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödəniş məbləğləri təsdiq edilsin (əlavə olunur).

2. Qoşulma və elektrik enerjisinin təchizatı xidmətləri üzrə xərclərin uçotunun ayrı-ayrılıqda aparılması və qoşulma xidməti üzrə gəlir və xərclərə dair hər növbəti il ötən ilin faktiki, cari ilin proqnoz məlumatlarının İqtisadiyyat və Energetika nazirliklərinə təqdim edilməsi “Azərişıq” ASC-yə tapşırılsın.

3. Yüksək gərginlikli şəbəkədən qoşulma xidməti üzrə təkliflərin təqdim edilməsi “Azərişıq” ASC-yə tapşırılsın. 

4. Bu Qərar 2024-cü il 3 iyun tarixindən qüvvəyə minir.

 

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurasının sədri                                                            Mikayıl Cabbarov