Onlayn əlaqə

Azerishiq.az  web saytına daxil olaraq, 7/24 fəaliyyət göstərən canlı (onlayn) çat vasitəsilə Azərişıq ASC-nin fəaliyyət istiqamətlərinə aid olan bütün bölmələr və xidmətlər üzrə məlumat ala bilərsiniz. Operativliyin artırılması, xidmətlərdə keyfiyyət standartlarının yüksəldilməsi məqsədilə əhatə dairəsi  bir qədər də genişləndirilərək, yeni sahələr üzrə bölmələr yaradılmışdır. Belə ki, Azərişıq ASC tərəfindən ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində göstərilən xidmətlər üzrə məlumat almaq, bu xidmətlərdən olan 12 (on iki) xidmət növü üzrə onlayn müraciət etmək imkanları, enerji təchizatı şəbəkəsinə qoşulma üzrə tariflər ,habelə web-sayt vasitəsilə müraciətlərin statusu haqqında informasiyanı əldə etmək və digər xidmətlər üzrə məlumat almaq mümkündür.

Əlaqə nömrəsi: 199 Çağrı mərkəzi.