QEYRI ƏHALİ İSTEHLAKÇILARI

 

TARİF SİSTEMİ VƏ SAYĞAC OXUMA QAYDASI

 

Elektrik enerjisinin istifadə qaydalarına uyğun olaraq hər bir elektrik enerji istehlakçısı tərəfindən sərf edilən elektrik enerjisinin hesabatı onun uçot nöqtəsində quraşdırılmış hesabat sayğacı ilə aparılmalıdır. Sayğac ayda bir dəfə, zəruri hallarda isə bir neçə dəfə oxuna bilər. Sayğac quraşdırılan zaman üzərində olan göstərici qeyd edilir, həmin göstərici sayğacın ilk göstəricisi və yaxud bazis göstərici adlanır. Sayğacın üzərindəki göstərici oxunarkən, ilk göstəricilə son göstərici arasındakı fərq abonentin həmin dövr üçün istifadə etdiyi elektrik enerji sərfiyyatı adlanır və bu sərfiyyata müvafiq olaraq abonentə verqi hesab-fakturası tərtib olunur. Tarif Şuranın qərarı ilə qeyri-əhali qrupu üzrə elektrik enerjisinin pərakəndə satış tarifi 9 qəpik səviyyəsində təsdiq edilmişdir.


Qaynaq: http://www.tariffcouncil.gov.az/?/az/news/view/145/


FAKTURA NƏDİR?

 

Faktura nədir?: Hesab-faktura tərtib edilən zaman sərf olunan elektrik enerjisi sərfiyyatı abonentin müvafiq istehlakçı qrupuna məxsus olmasından asılı olaraq müəyyən edilmiş tariflə hesablanır, bu zaman abonentə aid sayğacın əmsalı ( cərəyan transformatoru varsa) və sərf edilən enerjinin dəyərindən tutulan Əlavə Dəyər Verqisi (Ə.D.V) nəzərə alınır.


FAKTURANIN ÖDƏNİLMƏSİ

 

Hesab-faktura abonent üçün ödəniş sənədi sayılır və təqdim olunduğu gündən bir ay müddətində abonent tərəfindən sərf edilmiş elektrik enerjisinin dəyəri ödənilməlidir. Əks təqdirdə elektrik enerjisinin verilişi dayandırılır. («Elektrik Enerjisindən Istifadə Qaydalarının» 8.14 bəndinə istinadən)


İSTEHLAKA NƏZARƏT

 

Istehlaka nəzarət ilk növbədə şirkətimizin «Rayon Enerjisatış İdarə»ləri tərəfindən aparılır. Bu, birbaşa olaraq sayğac oxuyucusu və mühəndislər tərəfindən həyata keçirilir. Əqər sayğac oxuyucusunun hər hansı bir obyektin elektrik enerjisindən istifadəsindən qeyri-qanuni olduğundan şübhələnərsə obyektdə yoxlama aparılması məqsədi ilə tabe olduğu mühəndisə və ya şöbə rəisinə məlumat verir və obyektin elektirk enerjisindən istifadəsi mühəndislər tərəfindən yoxlanılır.

Sonuncu olaraq istehlaka nəzarəti «Nəzarət Idarəsi»-nin işçiləri tərəfindən hər hansı bir obyektin işinə mane olmamaq şərti ilə reyd vasitəsi ilə aparılır. Əgər obyektin elektrik enerjisindən istifadəsində qeyri-qanunilik aşkar olunarsa «Elektrik Enerjisindən Istifadə Qaydalarının» 8.17 bəndinə istinad olaraq işlədicilərin yükünü nəzərə alaraq itirilmiş elektrik enerjisinin məbləği hesablanaraq əlavə sərfiyyat tətbiq olunur.



TEXNİKİ ŞƏRT ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR

 


Texniki Şərt almaq üçün abonentlər aşağıda göstərilən sənədləri toplayaraq şirkətin Ümumi və Sosial Işlər şöbəsinə təqdim etməlidir.


Aşağıdakı sənədlər toplanır:

1. "Azərişıq" ASC-nin Sədrinin adına məktub (ərizə)

2. Obyektin tələb etdiyi gücün layihə inistitutu tərəfindən hesablanması

3. Mövcud obyektlərin məxsusluğu barədə sənəd (şəhadətnamə, texniki pasport), fəaliyyətinə icazə (sərəncam, VÖEN)

4. Yeni obyektlərin inşasının aparılmasına dair sərəncam, ayrılmış torpaq sahəsinin cizgisi (plandan çıxarış)

5. Əgər obyektin yerləşdiyi ərazinin yaxınlığında "Azərenerji" ASC-yə və "Azərişıq" ASC-yə məxsus elektrik şəbəkəsi olmazsa, onda yaxınlıqda şəbəkəsi olan abonentin (müəssisənin) rəsmi icazəsi

6. Obyektin tələb etdiyi gücün şəbəkəyə birləşdirilməsinə "Azərenerji" ASC-nin icazəsi (Obyektə tələb olunan güc 100 kvt-dən artıq olduqda alınır)

Abonentlər təqdim edəcəkləri sənədlərlə birlikdə "Azərişıq" ASC-nin "Elektrik Qurğularının Şəbəkəyə birləşdirilməsinə Texniki Şərtlərin Verilməsi" QAYDALARINA əməl edilməlidir.


İRİ İSTEHLAKÇILAR

 

Respublikamızın inzibati ərazisində yerləşən və fəaliyyət göstərən bir sıra iri tutumlu enerji sərfiyyatına malik olan müəssisə və təşkilatlar, həmçinin birinci kateqoriyalı obyektlər xüsusi istehlakçılar adlanırlar. Elektrik enerjisindən istifadəyə görə birinci dərəcəli istehlakçıların (xüsusi istehlakçıların) siyahısı Nazirlər Kabinetinin 2001-ci il 25 dekabr tarixli 199 saylı qərarı ilə təsdiq edilmişdir. Bunların sırasına aid edilənlər: Azərbaycan Respublikası Prezidentinin iqamətgahı, Prezidentin Icra Aparatının inzibati binası; Azərbaycan Respublikası Nazirlər Kabinetinin inzibati binası; Azərbaycan Respublikası Milli Məclisinin inzibati binası; Müdafiə Nazirliyinin bir sıra hərbi hissələri, Milli Təhlükəsizlik Nazirliyinin təşkilatları, Səhiyyə Nazirliyinin müəssisələri, Azərbaycan Dövlət Televiziya Şirkəti, Azərbaycan Dövlət Neft Şirkətinin müəssisə və təşkilatları, Azal Konserni, Azərbaycan Dövlət Dəmir yolu Idarəsinin təşkilatları, Bakı Metropoliteni və s. təşkilatlardır. Ümumilikdə Bakı şəhərində bu sıra təşkilatların sayı 2200-ə yaxındır. Bu təşkilatların elektrik enerjisi verilişinin dayandırılması icazə verilmir.