ƏHALİ ABONENTLƏRİ
İLK ABONENT
Alqı Satqı müqaviləsi bağlanarkən abonent öz üzərinə aşağıdakı öhdəliklər götürür.
1. Sayğaca vurulmuş dövlət və alt qapaq möhürünün toxunulmazlığını,
2. Əgər sayğac mənzildə quraşdırılmışdırsa mütəmadi olaraq sayğac oxuyucusunun sayğaca baxış keçirməsini,
3. Sayğac göstəricisinə əsasən elektrik enerjisi haqqının ödənilməsinin,
4. Elektrik xəttləri və sayğacın istismara yararlı vəziyyətdə saxlanılmasını,
5. Istənilən hər bir nasazlıq üçün müvafiq Rayon Enerji Satışı və ya Rayon Elektrik Istismar Şəbəkəsi Idarəsinə müraciət edilməsinin təmin edilməsi.
6. Mənzilin yeni sahibi evin əvvəlki sahibindən elektrik enerjisindən istifadəyə görə borcun olmaması barədə arayış tələb etməlidir.
7. Abonent istənilən zaman 40-66-88 nömrəli telofona zəng edərək borcuna dair məlumat əldə edə bilər.
8. Abonent hər ay müntəzəm olaraq istifadə etdiyi elektrik enerjisinin haqqını müvəkkil banklara ödəməlidir.
8.1 Istifadə edilmiş elektrik enerjisinin haqqı hər ay ödənilməsi fasiləsiz elektrik enerjisinin təminatıdır.
9. Abonent öz sayğacı üçün məsuliyyət daşıyır:
9.1. sayğacən itməsinə
9.2. sayğyca zərər dəyməməsinə
10. Aşağıda qeyd edilən hallarda sayğacı qaydasında olmayan abonentlər bu barədə dərhal müvafiq rayon üzrə Enerji Satış Regional Idarələrinə yazılı şəkildə müraciət etməlidirlər:
10.1. Alt qapaq möhürü olmayan halda
10.2. Dövlət möhürü olmadığı va ya pozulduğu halda
10.3. Sayğac hər hansı bir səbəbdən işləmədiyi halda
10.4. Sayğac yandığı halda
10.5. Sayğacın şüşəsi zədələndiyi halda
ABUNƏÇİLİK ÜÇÜN SƏNƏDLƏR
Əhali sektorunda abunəçilik üçün nəzərdə tutulan sənədlərin siyahısı:
1. Yeni abonent kartının açılmasına dair ərizə
2. Mənzil Istismar Idarəsindən qöstərilən mənzildə yaşadığına dair arayış
3. «Kupça», «Order» və ya icra müqaviləsinin surəti
4. Texniki şərt (yeni binalar istifadəyə verildikdə)
Qeyd olunan sənədlər təqdim olunduqdan sonra enerji alqı-satqı müqaviləsi bağlanaraq abonentə yeni kod verilir.
ABONENTLİYİN LƏĞV EDİLMƏSİ
Abunəçiliyin ləğvinə dair:
1. Abunəçilik, tikili müvafiq Icra Hakimiyyətlərinin inzibati əraziyə dair planına düşərsə və ya sökülərsə abonentin yazılı müraciəti əsasında ləğv edilir.
2. Abonent müvafiq Enerji Satışı Regional Idarəsinə yazılı müraciəti əsasında abunəçiliyi ləğv edə bilər
3. Bununla əlaqədar olaraq abonent borcunu tam ödədikdən sonra abunəçiliyi ləğv edilir.
SAYĞAC NƏDİR ?
Istehsal olunmuş elektrik enerjisi texniki uçotunu eləcədə elektrik enerjisinin müəyyən olunmuş normativlər daxilində səmərəli sərf edilməsinə nəzarəti və enerji haqq hesabını aparan cihaza ( hesablaşma uçot cihazı ) elektrik sayğacı deyilir. Texnoloji proseslərin xarakterlərindən asılı olaraq enerji sərfiyyatının hesablaşmasını aparan elektrik sayğacları elektrik qurğularının tərtibatı qaydalarına (PUQU) uyğun quraşdırılmalı və DÜIST (QOST) tələblərinə müvafiq olmalıdır.
Hesablaşma-uçot cihazları ( aktiv enerji və reaktiv güc ) elektrik sayğacları, elektrik enerjisinin topdan alıb satan istehlakçı və abonentlər lazımı hesablaşma uçot komplektləri ilə təmin olunmalıdır (cəryan və qərqinlik transformatorları).
Elektrik təchizatını bir mənbəyindən müxtəlif tarif qruplarına mənsub olan bir neçə istehlakçı qidalandırıla bilər. Bu halda hər tarif qrupu üçün ayrıca uçot cihazları sayğac quraşdırılmalıdır.
DİFRENSİAL TARİF SİSTEMİ VƏ SAYĞAÇ OXUMA QAYDASI
Istifadə etdiyiniz elektrik enerjisi kilovat-saat (Kvts) ilə ölçülür. 1 kvts 1 saatda istifadə edilən 1000 vatt-dır. 1 ədəd 100 vatt-lıq lampa 10 saat yanarsa, bu 1 kvts olaraq hesablanır. Sizin sayğaçınız hər ay "Azərişıq" ASC əməkdaşları tərəfindən oxunmaqdadır. Sizin ən son götürülən göstərici ilə, bir ay öncəki göstərici arasındakı fərq sizin ay üzrə istifadə etdiyiniz elektrik enerjisinə bərabərdir.
İstifadə edilən elektrik enerjisinin ölçülməsi
Istifadə olunan elektrik enerjisinin miqdarını ölçmək üçün iki ayın göstəricisi olmalıdır.
Bu ayın sayğaç göstəricisi 4830
Keçən ayın sayğaç göstəricisi 4693
Bu ayın sayğaç göstəricisi 4830 kVts
Keçən ayın sayğaç göstəricisi - 4693 kVts
İstifadə olunan elektrik enerjisi 137 kVts * 0.07 AZN = 9.59 AZN
Beləliklə 1 ay ərzində 137 kVts enerji istifadə edilmişdir. Daha sonra bu göstərici 1 kVt elektrik enerjisinin dəyərinə vurulur (0.07 AZN) və ay ərzində istifadə edilmiş elektrik enerjisinin manatla dəyəri hesablanır 9.59 AZN.
İstehlak həcminə görə diferensial tarif yanaşmasının mahiyyətini izah etmək üçün nümunə kimi orta aylıq elektrik enerjisi istehlakı (ardıcıl 30 təqvim günü ərzində) 300 və 350 kilovat-saat olan 2 əhali abonentinin elektrik enerjisi üçün ödənişini nəzərdən keçirək.
Birinci abonentin orta aylıq istehlakı 300 kilovat-saatdan çox olmadığına görə onun aldığı elektrik enerjisinin dəyəri 7 qəpiklə hesablanacağı üçün müvafiq xərci hazırda olduğu kimi 21 manat (300 kVts x 7 qəpik = 21 manat) səviyyəsində qalacaqdır.
Orta aylıq elektrik enerjisi istehlakı 350 kilovat-saat olan ikinci abonent isə köhnə rejimlə 21 manat (350 kVts x 7 qəpik = 24,5 manat) ödəniş edəcəyi halda, 2016-cı ilin 1 dekabr tarixindən həmin həcmin 300 kilovat-saatı üçün 21 manat (300 kVts x 7 qəpik = 21 manat), 300 kVts-dan artıq 50 kilovat-saata (350-300=50) görə isə 5,50 manat (50 kVts x 11qəpik = 5,5 manat) olmaqla, cəmi 26,5 manat ödəniş həyata keçirəcəkdir.
BİLDİRİŞ NƏDİR ?
Enerji Təchizatı Təşkilatı tərəfindən təyin edilən hər sərfiyyat dövrünün istehlakına görə əhali qrupu üzrə abonentlərə bildiriş verilərək, qeyd edilən məbləğin ödəniş yeri göstərilir. Bu bildiriş elektrik enerjisinin haqqı vaxtında ödənilmədiyi tədqirdə elektrik enerjisinin kəsiləcəyi halda birinci xəbardarlıqdır. Istehlakçı, bildirişini aldığı tarixdən etibarən bir ay ərzində qeyd edilən məbləği müvəkkil banklara ödəməyə borcludur. Qöstərilən müddətdə elektrik enerjisinin istehlak məbləği ödənilmədiyi tədqirdə, Azərbaycan Respublikasının qüvvədə olan müvafiq qanunvericiliyinə əsasən Təchizatçı Abonentə hər hansı bir formada əlavə xəbərdarlıq etmədən elektrik enerjisinin təchizatını dayandırmaq haqqına malikdir. Abonent borcu tam ödədiktən sonra elektrik enerjisinin təchizatı bərpa olunur.
Bundan başqa, əhali qrupu üzrə abonentlər tərəfindən istifadə edilmiş elektrik enerjisinin haqqının vaxtında ödənilməməsindən yaranmış borcların istehlakçılar tərəfindən ödənilməsi ilə bağlı qanunvericiliklə müəyyən olunmuş zəruri tədbirlərin görülməsini və ödənişlərin həyata keçirilməsini təmin etmək üçün Şirkətimizlə müvafiq Hüquq və Kəsim Şirkətləri arasında müqavilə imzalanmışdır.
Abonentlərə verilən bildiriş (Nümünə).
İSTEHLAK NECƏ ÖLÇÜLÜR ?
Istehlakçıya elektrik enerjisinin buraxılışı müəyyən olunmuş qaydalarla – «Müqavilə» əsasında həyata keçirilir.
Istehlakçı ilə enerji təchizatı təşkilatı arasında bağlanılmış müqavilədə istehlakçının adı, gücü,elektrik enerjisindən istifadəni hesablayan elektrik sayğacları və fəaliyyət növü göstərilir.
Istehlakçının müqavilədə təyin olunmuş, artıq gücdən istifadə etməsinə, yeni elektrik qurğularını istismara verməsinə və eləcə də şəbəkəyə yeni subabonentlər birləşdirməsinə ancaq elektrik enerjisindən istifadə müqaviləsində müvafiq dəyişikliklər etdikdən sonra enerji təchizatı təşkilatının icazəsi ilə həyata keçirilir.
Elektrik enerjisinin texniki uçotunu aparmaq və eləcə də elektrik enerjisinin sərfiyyatına nəzarət üçün stansiya və yarımstansiyalarda, iri tutumlu sənaye müəssisələrdə, strateji əhəmiyyətli obyektlərdə kommersiya müəssisələri və əhali yaşayan evlər və mənzillərdə müvafiq elektrik sayğacları quraşdırılır.