Cəmiyyətin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi
Azərişıq Açıq Səhmdar Cəmiyyəti korporativ və sosial məsuliyyət hissi daşıyan, bərabərlik prinsipinə əməl edən, açıq, şəffaf və etibarlı, elmi və yaradıcı düşünən bir qurum kimi inkişaf edən, yenilənən bir müştəri məmnuniyyəti sisteminə malikdir. Xidmətlərimiz çərçivəsində müştərilərimizin tələblərini vaxtında və tam şəkildə qarşılayan və bu məqsədlə ISO - 10002 Sisteminin tələblərini yerinə yetirən bir təşkilat olaraq yerli və beynəlxalq keyfiyyət proqramlarına əməl edərək, istehlakçı hüquqları ilə bağlı qanuni şərtlərə əməl etməkdəyik. Eyni zamanda Cəmiyyətin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, Cəmiyyətin fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması, dövlət siyasətinin formalaşması, həyata keçirilməsi və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması məqsədi ilə “Azərbaycan Milli QHT Forumu” ilə Əməkdaşlıq haqqında Memorandum imzalanmışdır. Memorandum çərçivəsində “Azərbaycan Milli QHT Forumu” ictimai iştirakçılıq, ictimai müzakirə, ictimai dinləmə, ictimai nəzarət, hüquqi aktların layihələrinin ictimai müzakirəsi, yazılı məsləhətləşmə metodları ilə əməkdaşlığın həyata keçirilməsi üzrə müvafiq qanunvericiliyin tələblərinə, müvafiq normativ standartlara uyğun icra edilməsinə nəzarət funksiyasını həyata keçirə və bu istiqamətdə müvafiq tövsiyyələr verə bilər.