Hörmətli abonent!
Sizin mənzilinizdə, fərdi tikilinizdə,bağ evinizdə,ofisinizdə quraşdırılmış smart sms sayğacı inkişaf etmiş ölkələrdə tətbiq edilən və geniş texniki imkanlara malik müasir bir ölçü cihazıdır. Bu sayğacdan nə cür istifadə etmək, lazım olan məlumatları sayğacdan hansı yolla əldə etməkdən ötrü bu yaddaş kitabçası ilə yaxından tanış olmağınız vacibdir.
İlk öncə biləsiniz ki,
- Bu sayğac vasitəsilə siz istifadə etdiyiniz enerji sərfiyyatına şəxsən nəzarət edə biləcəksiniz. Yəni, yalnız ödədiyiniz məbləğ müqabilində enerjidən istifadə edəcəksiniz. Başqa sözlə, sizin bu kommunal xidmətlə bağlı aylıq ailə büdcənizi əvvəlcədən planlaşdırmaq imkanınız olacaqdır.
- Balansınızda mövcud olan kredit məbləği 5 AZN məbləğindən aşağı olduğu təqdirdə mərkəzi idarəetmə sistemi tərəfindən balansınızın azalması barədə sizə sms mesaj vasitəsi ilə məlumat veriləcəkdir.
- Ödənişi ölkəmizdə mövcud olan ödəniş sistemləri vasitəsi ilə
- Bank və poçt şöbələrindən, əhalinin sıx məskunlaşdığı ərazilərdə, metropolitendə, ticarət mərkəzlərində quraşdırılan PayPoint ödəmə maşınlarından, bankomatlardan və plastik kartlar vasitəsi ilə internet şəbəkəsindəki elektron-ödəmə resurslarından (Azerishiq.az, Azəricard, Goldenpay və s.) istifadə etməklə edə bilərsiniz.
Qeyd: Yeni quraşdırılmış smart sms sayğacların yaddaşına ilkin olaraq 5 AZN məbləğində kredit müəssisə tərəfindən yüklənir. Həmin məbləğ istifadə edilərək, Siz enerjiyə görə ilk ödəniş etdiyiniz zaman hesabınızdan tutulacaqdır.
Smart sayğaclardan istifadə qaydaları:
Saygacın üzərindəki narıncı düyməni ardıcıl sıxmaqla sayğacın ekranındakı aşağıdakı məlumatları əldə edə bilərsiniz:
1. Sayğacdakı mövcud kredit məbləği (AZN) | 9. Tarix |
2. Sayğacın göstəricisi (kvts) | 10. Saat |
3. Tarif STEEP 1. STEEP 2. STEEP 3 | 11. Axan yük (P faktiki) |
4.Ehtiyat kreditin məbləği (AZN) | 12. Gərginlik |
5. Cari ay (məbləğ) | 13. Cərəyan |
6. Cari ay (kvts) | 14. Neytral |
7. Ötən ay (məbləğ) | 15. Siqnal (Mobil şəbəkəni 1÷5 səviyyə ilə əks etdirir) |
8. Ötən ay (kvts) |
Əlavə olaraq, displeydə:
Low Kredit – balans 5 AZN dən aşağıdır.
Off kredit - balans bitib.
Qeyd. Sayğacın kredit məbləği bitdikdə sayğac elektrik enerjisinin verlişini avtomatik olaraq dayandıracaqdır!
Həmin anda ödəmə imkanı olmazsa - narahat olmağa dəyməz! Çünki sayğacın üzərində olan narıncı düyməni 4-5 saniyə ərzində sıxılı vəziyyətdə saxlamaqla ehtiyat kreditdən istifadə edə bilərsiniz.
Diqqət!
1. Ehtiyat kredit 5 AZN məbləğində müəyyən edilmişdir.
2. İstifadə olunan Ehtiyat kredit məbləği ödəniləcək məbləğdən tutulacaqdır.
3. Yeni quraşdırılmış smart sms sayğacların yaddaşına ilkin olaraq 5 AZN məbləğində kredit enerji təchizat müəssisəsi tərəfindən yüklənir. Həmin məbləğ siz enerjiyə görə ilk ödəniş etdiyiniz zaman hesabınızdan tutulacaqdır.
Unutmayın ki:
SMS saygacların gövdəsindəki möhürlərin, birləşmə yuvalarının,qoşulma vasitələrinin,ekranının dəlici-deşici və ya hansı bir vasitə ilə zədələnməsi/sıradan çıxarılması hallarında dərhal Mərkəzi İdarəetmə Sisteminə sms-məlumat göndəriləcəkdir.
Yüksək elektro-maqnit nüfuzluguna malik cihaz və avadanlıqların sayğacın gövdəsinə və ya qoşulma/birləşmə xətlərinə yaxınlaşdırılması –maqnit sahəsinə həssas sensor tərəfindən qeydə alınır, dərhal Mərkəzi İdarəetmə Sisteminə sms-məlumat göndərilərək elektrik enerjisi verilişi dayandırılır.
NFC tipli smart sayğaclardan istifadə qaydası
1. Kredit məbləği:
Yeni quraşdırılmış sayğacda rayondan aslı olaraq 5 AZN,10 AZN məbləğində ilkin kredit mövcud olur, sayğaca etdiyiniz ilk ödənişdən başlayaraq kredit məbləği ödənişinizdən azaldılacaq.
Qeyd: Sayğacdan kredit götürmək funksiyası mövcud deyil!
2. Ödənişin karta yüklənməsi:
Sayğaca ödəniş etmək üçün təqdim edilən NFC kartlar yalnız bir ödəniş qəbul edir. Mobil tətbiqetmə və ya ödəniş terminalları vasitəsilə karta yüklədiyiniz ödənişi sayğaca köçürdükdən sonra yeni ödəniş etməyiniz tövsiyyə olunur əks halda kartdakı bir öncəki ödəniş silinəcək.
3. Ödənişin sayğaca köçürülməsi:
NFC kartdakı ödənişi sayğaca köçürən zaman kartı sayğacın sol küncünə sayğacı tam əhatə edəcək formada yaxınlaşdırın və ilk bip səsindən sonra sayğacın 2 bip səsi (yəni uğurlu ödəniş) etməsini gözləyin və daha sonra kartı sayğacda uzaqlaşdırın, bu halda sayğacın ekranında “SUCCESS” mesajın görəcəksiniz.
4. Son yüklənən məbləğ:
Sayğaca yüklənilən son ödəniş məbləği sayğac menyusunda “Cr.Lo” başlığı ilə göstərilmişdir. Nümunəndəki şəkildə 20 AZN məbləğ əks olunmuşdur.(sayğacdaki göy düyməni 4 dəfə sıxmaqla)
5. Qalıq balans:
Sayğacda qalan mümkün istifadə məbləği yəni balans sayğac menyusunda “Cr.rE” başlığı ilə göstərilmişdir. Nümunədəki şəkild 24 AZN balans əks olunmuşdur. (sayğacdaki göy düyməni 5 dəfə sıxmaqla)
6. Sayğac relesinin statusu:
Sayğac relesi əgər bağlıdırsa, elektrik enerjisinin istifadəsinə icazə verilir. Bu hal sayğac menyusunda “rELAY on” kimi öz əksini tapacaq.Aşağıdakı şəkildə əks olunmuşdur. Əks halda qeyd edilmiş əlaqə vasitələrindən istifadə edərək müraciət edib texniki dəstək alın.
Əlavə qeyd:
● abonentin köhnədən borcu varsa,rayon satış idarəsinin təyin etdiyi % nisbətinə borcdan silinir;
● kartın balansı hall-hazırda yalnız E-manat terminallarında artırmaq mümkündür;
● ekranda “error 01” qeyd olunubsa kart sayğaca tam tanıdılmayıb (ödəniş vaxtı kartı sayğacdan tez çəkib,məlumatlar tam ötürülməyib) bərpası üçün rayon satış idarəsinə yaxınlaşmalıdır;
● ekranda “error 02” qeyd olunubsa səbəb,kartala sayğac arasında fərq olmasıdır (sayğac seriya nömrəsi ilə kart eyni deyil) rayon satış idarəsinə yaxınlaşmalıdır;
● kartı sayğaca yaxınlaşdıranda heç bir reaksiya vermirsə,səbəb ya kartda problem var yada sayğacda,rayon satış idarəsinə müraciət etməlidir;
● karta yüklənməyən məbləğləri abonent E-manat terminallarından bərpa edə bilər(terminalda bərpa bölümündə karta yüklənməyən məbləğlər tarix göstərilməklə əks olunur);
NFC Sayğac
Əlaqə vasitələri:
Texniki dəstək:
+994 12 565 2190
+994 12 4403993
Çağrı Mərkəzi: 199