Paylayıcı elektrik şəbəkəsində mövcud kadr ehtiyatı şəbəkənin müxtəlif sahələrində xidməti vəzifələrinin öhdəsindən gələ bilir. Lakin mühəndis heyətinin zaman keçdikdə yeni qurğu və avdanlıqlara uyğunlaşmasının dinamikasını nəzərə alsaq bəlirli periodlarla şəbəkəyə yeni mühəndislərin daxil olmasını tələb edir. Mühəndis vəzifələrinin icrasının effektivliyi üçün həmin şəxslərin müəyyən nəzəri bilikləri təkrarlanmalı, mövcud qurğu və avdanlıqlarla tanış edilməli, innovativ qurğular hələ şəbəkədə tətbiq edilməmiş həmin qurğuların iş prinsipləri öyrənilməlidir. Bu həm də şəbəkənin yeniliyə cəld uyğunlaşmasını təmin edə bilir. Çünki şəbəkənin innovativ texnologiyalara açıq ola bilməsi üçün onun mühəndis heyətini innovativ avadanlıqlara uyğunlaşma bacarığı olmalıdır. Şəbəkənin mövcud mühəndis heyətinin iş təcrübəsinin çox olması onların mövcud avdanlıqlarla işlərin öhdəsindən gəlməyinə təsir edə bilir. Lakin innovativ avadanlıqlarla iş bacarığının olması üçün gənc kadrların istehsalatda olması vacib şərtlərdəndir. Bu xüsusda mühəndis hazırlığı kursunda təhsil müəssisələrinin uğurla bitirmiş tələbələrin seçilərək bu kurslara cəlb edilməsi, dual təhsil üsulu ilə onların öyrəndiyi nəzəri məlumatların praktiki olaraq nə zaman və necə lazım olduğunu öyrədilməsi həyata keçirilir. Mühəndis hazırlığı kursunun dərs proqramı innovativ yeniliklər nəzərə alınmaqla mütəmadi modernləşdirilir və kursun tədrisi metodikası cari zamana uyğunlaşdırılır.  Kursu uğurla bitirən müdavimlərin şəbəkədəki fəaliyyəti və nəticələri izlənərək yekunda mühəndis-pedaqoqlarla məsləhətləşdirilir və növbəti periodlarda ilkin imtahanın (müsabiqənin) və kursun selektivliyi artırılır.