"Azərişıq" ASC-nin Mülki Müdafiə Qərargahı 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Fövqəladə hadisə zamanı davranış qaydaları və ilkin tibbi yardım mövzusunda Qəbələ rayonunda yerləşən “Hacıalılı” elektrik yarımstansiyasının ərazisində fəaliyyət göstərən Regional Təlim Mərkəzində maarifləndirici tədbir keçirib.
20-dən çox məktəblinin iştirak etdiyi tədbirdə əvvəlvcə mülki müdafiə sahəsində maarifləndirici təlim təşkil olunub. Məktəblilər "Zəlzələ və yanğınlar zamanı davranış qaydaları və binadan təxliyə", "Təxirəsalınmaz ilk tibbi yardım" mövzularında maarifləndirilib, yanğınsöndürmə balonlarından, əleyhqazlardan və əl altında olan əşyalardan istifadə, yaralılara süni nəfəs vermək, yaraların sarınması və yaralıların təhlükəsiz əraziyə təxliyə qaydaları öyrədilib.
Təlimdə həmçinin, mülki müdafiə stendi və xilasetmə vəsaitləri nümayiş etdirilib. Şagirdlər fərdi mühafizə vasitələri ilə tanış olub. Həmçinin, iştirakçılara mülki müdafiə sahəsində hazırlanan tədris vəsaitləri və maarifləndirici bukletlər təqdim edilib.
Tədbirin ikinci hissəsində müasir 35/0.4 kV-luq şəbəkələrin Təlim-Məşq Poliqonunda şərti təlim keçirilib. İştirakçılar 35 kV-luq KTM yaxınlığında şərti qəzanın qarşısını almağa çalışıblar. Təlim zamanı məktəbliləri PUA- pilotsuz uçuş aparatı da müşayiət edib.
Sonda təlim içtirakçılarına diplomlar təqdim olunub. Tədbirin yekununda şagirdlər həmyaşıdlarına müraciət edərək onları təhlükəsizlik qaydalarına əməl etməyə çağırıblar.
Digər xəbərlər
- Elektrik enerjisinin istehlakı ilə bağlı yaranan debitor borcların aradan qaldırılması ilə bağlı şəbəkə ilə abonent arasında hüquqi tənzimləmələr 11 Mart 2026
- Paytaxtın bu ərazilərində fasilə yaranacaq 18 Mart 2026
- “Azərişıq” ASC güclü küləyin yaratdığı fəsadları aradan qaldırmaq üçün fasiləsiz çalışır 27 Fevral 2026
- Lerikin bu ərazilərində fasilə yaranacaq 06 Aprel 2026
- “Azərişıq” ASC-nin nümayəndələri Xankəndində sahibkarlarla görüş keçirib 06 Fevral 2026