Tədris və İnnovasiyalar Mərkəzində
“Beyin Mərkəzi 2025” layihəsi haqqında
Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin 02 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”-in “rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı” istiqamətinin 3.1 ( XXI əsrin tələblərinə uyğun təhsil ) və 3.2 (yaradıcı və innovativ cəmiyyət) bəndinə uyğun olaraq “Azərişıq” ASC tərəfindən müxtəlif tədbirlər görülməkdədir. Bu məqsədlə “Azərişıq” ASC-nin sədri cənab Vüqar Əhmədovun K/22-02443 (23.06.2022) və K/24-02213 (31.05.2024) nömrəli əmrlərinə əsasən Tədris və İnnovasiyalar Mərkəzinin “Beyin Mərkəzi 2025” layihəsinə start verilir. Layihənin əsas məqsədi, respublikanın elektroenergetika sahəsi üzrə kadr hazırlayan aparıcı universitetlərinin ortalama bal indeksi yüksək olan 4-cü kurs bakalavr və magistr tələbələrinin səhmdar cəmiyyətdə 3 aylıq ödənişli təcrübə proqramlarına cəlb edilməsi və onların müvafiq istiqamətlər üzrə təcrübi biliklərinin artırılmasıdır. Layihədə iştirak edəcək müdavimlərin təcrübədə son qiymətləndirmə indeksi qənaətbəxş olduğu təqdirdə, onların səhmdar cəmiyyətin həmin strukturlarında işlə təmin olunması nəzərdə tutulur.
Layihə haqqında qısa məlumat:
2024 Noyabr struktur bölmələrdən daxil olmuş işçi kompetensiyalarının müəyyənləşdirilməsi.
2024 Dekabr-Yanvar struktur bölmələrdən gələn tələb əsasında müsahibələrin keçirilməsi.
2025 Fevral "Beyin Mərkəzi 2025" müdavimlərinin təsdiqi.
2025 Mart-May təcrübə proqramının icrası.
2025 İyun-Oktyabr qiymətləndirmə indeksi yüksək olan müdavimlərin işə qəbul prosesinə başlanılması.
Layihə rəhbəri: Fərid Zalıyev
Tədris və İnnovasiyalar Mərkəzinin “Texnoloji innovasiyalar kafedrası və “Beyin Mərkəzinin” müdiri.
İcraçı qrup: Tariq Hüseynov, Zərifə Babayeva, Əliəkbər Rzayev
"Beyin Mərkəzi" Analitik Təkmilləşdirmə qrupunun mütəxəssisləri.
"Beyin Mərkəzi 2025" layihəsinə qəbul olan müdavimlər haqqında məlumat və strukturlar üzrə təsnifat