TƏDRİS VƏ İNNOVASİYALAR MƏRKƏZİ


“Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzi 2012- ci ildən fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən  16 mart 2012-ci il tarixində Mərkəzin I korpusunun, 31 yanvar 2013 –cü il tarixində isə II korpusunun açılışı olmuşdur.

Mərkəzin prioritet istiqaməti dərin biliyə, bacarığa, yüksək peşə hazırlığı və məsuliyyət hissinə, mütərəqqi dünyagörüşə malik və onu daim inkişaf etdirməyə qadir olan mütəxəssis yetişdirməkdən ibarətdir.  


Mərkəzdə kadr hazırlığı keyfiyyətinin yüksəldilməsi üçün müasir dövrün tələblərinə cavab verən, elektroenergetika sahəsində dünyanın ən qabaqcıl texnologiyaları ilə təchiz edilmiş tədris bazası yaradılmışdır. Mərkəz, beynəlxalq standartlara cavab verən müasir  maddi-texniki bazaya malikdir. Burada, dünyanın elektroenergetika sahəsində inkişaf etmiş  qabaqcıl istehsalçı şirkətlərinin (Siemens(Almaniya), ABB(İngiltərə), BAUR(Avstriya), TYCO Electronics(İsveçrə), Schneider Electric(Fransa), Legrand(Fransa), MEGGER(İngiltərə), OBO Bettermann(Almaniya), Weidmüller(Almaniya) və s.) istehsal etdikləri avadanlıqlarla, materiallarla və cihazlarla təmin edilmiş sinif otaqları, təcrübə laboratoriyaları yaradılmış və müdavimlərin ixtiyarına verilmişdir. “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzi Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 08 saylı dövlət qeydiyyatlı, 02.06.2014 tarixli  lisenziyası (№ 074492) əsasında fəaliyyət göstərir. Tədris və İnnovasiyalar Mərkəzinin mövcud bazasından (sinif otaqları, bölmələr, praktik məşğələ zalı) əlavə 35/10 kV-luq “Gənclik” yarımstansiyasında 35 kV-luq eleqaz açarı, 110/35/6 kV-luq 2x40 MVA gücündə “İçərişəhər” yarımstansiyasında 110 kV-luq

eleqaz tipli qapalı paylayıcı qurğu, 110/35/6 kV-luq “BMKZ” yarımstansiyası,  həmçinin 1914-cü ildə tikilmiş “Yarımstansiya-Muzey” tədris bazası kimi istifadə olunur.

“Gənclik “ korpusunun sinif otaqları və təcrübə bölmələri aşağıdakılardır:

  • Konfrans zalı

Sinif otaqları: 

  • Alternativ və Bərpa olunan enerji mənbələri sinif otağı
  • Əməyin mühafizəsi və Təhlükəsizlik texnikası sinif otağı

Praktiki məşğələ bölmələri: 

  • 10/0,4 kV-luq yarımstansiya (yağ və quru transformatorla)
  • Rele Mühafizəsi və Avtomatika bölməsi
  • Elektrik Avadanlıqlarının sınağı bölməsi
  • Kabel xəttlərinin sınağı bölməsi
  • Dispetçer SCADA idarəetmə sistemləri bölməsi
  • Uçota nəzarət sayğaclarının idarəetmə sistemləri bölməsi
  • 110 kV-luq Paylayıcı qurğu
  • Hava xəttinin istismarı, təmiri və quraşdırılması trenajoru
  • ÖİN xətlərinin istismarı, təmiri və quraşdırılması stendi

“BMKZ “ korpusunda təcrübə bölmələri aşağıdakılardır:

  • Konfrans zalı
    Praktiki məşğələ bölmələri:
  • Elektrikquraşdırma və elektrikavtomatlaşdırma bölməsi
  • “ABB”  şirkətinin  orta və yüksək gərginlikli demo panelləri bölməsi
  • Alçaq gərginlili(Schneider Electric),  orta gərginlikli(SM6 tipli) paylayıcı yuvalar və kompensasiya qurğuları bölməsi.
  • Sənaye sektorunda “cabletray” elektrikquraşdırma bölməsi
  • 72-170 kV-luq ELKO4 tipli Eleqaz izolyasiyalı komplekt paylayıcı qurğu bölməsi

Qərb Regional Tədris Mərkəzində aşağıdakı təcrübə bölmələri vardır:

  • 6/0,4 kV-luq paylayıcı sistem
  • Rele Mühafizəsi və Avtomatika
  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikası
  • Uçota nəzarət sayğaclarının test və idarəetmə sistemləri
  • Kabel armaturlarının quraşdırılması, istismarı və təmiri
  • Elektrik avadanlıqlarının sınağı və diaqnostikası
  • 35 kV-luq Hava xətti trinajoru
  • ÖİN komplekti
  • Həmçinin  Regional şəbəkələrdə gedən yenidənqurma işləri çərçivəsində yeni inşa edilmiş ofis binalarında kursların təşkili üçün müvafiq şərait yaradılmış, xüsusi tədris otaqları təşkil edilmiş, dərs vəsaiti  və tədris məqsədi ilə Təhlükəsizlik Texnikası və Elektrik Veriliş Hava Xətləri üzrə plakatlarla təmin edilmişdir. 
  • Dərslər ali məktəblərin professor və müəllim heyəti, istehsalatda yetkin təcrübəyə malik mühəndislər və yüksək təcrübəyə malik olan yerli və xarici mütəxəssislər tərəfindən aparılır.

Mərkəz tərəfindən respublikamızda kadr hazırlığının təşkili, təkmilləşdirilməsi, peşə hazırlığının artırılması məqsədilə müraciətlər əsasında kənar təşkilatların işçilərinə, habelə fiziki şəxslərə ödənişli kursların təşkili ilə bağlı işlər həyata keçirilməkdədir. Bu işlərin davamlı təşkil edilməsi, Səhmdar Cəmiyyətin 2023-2027 – ci illər üzrə Strateji İnkişaf Planında nəzərdə tutulan qaydada aparılması, qeyri-əhali abonentlərinin daxili şəbəkəsinə xidmət göstərən təmir/sazlama və istismar üzrə personalın, mühəndis-texniki heyətin, habelə fiziki şəxslərin ixtisaslarının və peşə hazırlığının təkmilləşdirilməsi, onların müvafiq sertifikatlarla təmin edilməsi, şəbəkənin etibarlılığının, dayanıqlığının qorunması məqsədi ilə, Regional Təlim-Tədris filialları yaradılmış və müasir biliklərə, innovativ düşüncə qabiliyyətinə, praktiki təcrübə metodologiyasına malik peşəkar müəllim heyəti formalaşdırılmışdır.

Bu kurslarda həmçinin

  • Elektrik Sistemlərinin İstifadəsi və İdarə Edilməsi
  • Elektrik Quraşdırma və Təmir
  • Elektrik Təhlükəsizliyi və Standartları
  • Fövqəladə Hallar və Təhlükəsizlik Prosedurları
  • Rəqəmsal Bacarıqlar və Proqramlaşdırma
  • Elektrik Sistemində Problemlərin Təhlili və Həlli
  • Komanda İdarəetmə Bacarıqları
  • Bərpaolunan Enerji Mənbələrinin Tətbiqi
  • Yaşıl Enerji Mənbələrinin araşdırılması, tətbiqi, idarəedilməsi, istismarı bacarıqları da aşılanacaqdır.

Təlimdə uğurla iştirak edəcək müdavimlər dünyanın bir çox aparıcı energetika şirkətləri tərəfindən tanınan “beynəlxalq-lokal” sertifikatlarla təmin olunmaqla yanaşı, işlədikləri müəssisələrin yüksək keyfiyyətli ve yaşıl texnologiyaların tələblərinə uyğun energetik sistemin bir parçası kimi fəaliyyət göstərməyində pay sahibi olacaqlar.

Sahibkar-Dövlət mexanizminin qurulmasında böyük töhfə verecək bu layihə, eyni zamanda enerji təchizat sisteminə qoşulmuş müəssisələrin uzunmüddətli perspektiv inkişaf planında müsbət istiqamətdə xərclərə qənaət etməyə və uzunmüddətli istismar prosesinə nail olmağa kömək edəcəkdir.

  • Tədris Metodikası 

Təşkil olunan kurslarda tədrisin təşkili inkişaf etmiş ölkələrin təhsil müəssisələrinin təcrübəsinə əsaslanaraq, dual sistem (praktika və nəzəriyyənin eyni vaxtda tədrisi) üzrə aparılır.

Ümumiyyətlə “Dual sistem”in mahiyyətinə əsasən müdavim iki yerdə təhsil alır. Təhsil müddətinin 70% - i, praktiki vərdişlər əldə etmək üçün təcrübəli mütəxəssis nəzarəti altında müəssisədə, 30%-nı isə nəzəri biliklər aldığı təhsil müəssisəsində keçirir.

Lakin Tədris Mərkəzində yaradılan şərait müdavimlərin bu təhsil sistemi əsasında təhsil almalarına tam imkan verir. Belə ki, praktiki məşğələlər Mərkəzin öz təcrübə bölmələrində yerləşən avadanlıqlar üzərində aparılır. Tədrisin aparılması adətən Səhmdar Cəmiyyətin təcrübəli mühəndis-texniki heyətinə həvalə olunur ki, bu da müadvimlərin praktiki vərdişlərə yiyələnməsinə daha çox təsir edir. Ancaq bununla yanaşı dərslərin aprılmasında üstünlük ali məktəblərin professor və müəllim heyətinə verilir.

Azərbaycanda ilk dəfə bu sistem “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzində tətbiq olunmağa başlayıb və müsbət nəticələr əldə edilib.



Regional şəbəkələrdə təşkil olunan kurslarda da anoloji olaraq eyni tədris metodikasından  istifadə olunur. Belə ki, işçilər nəzəri biliklərə yiyələnməklə yanaşı, müvafiq şəbəkəyə aid yarımstansiyalarda, TM və KTM-lərdə təcrübə keçirlər.