Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 10.02.2015-ci il tarixli Sərəncamına əsasən "Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır.
1944-cü ildən indiyədək Bakı Paylayıcı Elektrik Şəbəkəyə rəhbərlik etmiş şəxslər haqqında məlumatları diqqətinizə çatdırırıq.
Əhmədov Vüqar Cəbrayıl oğlu
2015-ci ildən 2020-ci ilədək “Azərişıq” Açıq Səhmdar Cəmiyyətində sədr müavini vəzifəsində çalışıb. 2020-ci il yanvarın 7-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Azərişıq” ASC-nin sədri vəzifəsinə təyin edilib.
Rzayev Baba Hüseynağa oğlu
2006-2015-ci illər ərzində "Bakıelektrikşəbəkə" ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləyib. 2015-2018 -ci illər ərzində “Azərişıq” ASC-nin sədri vəzifəsində çalışıb. Hazırda "Azərenerji" ASC-nin prezidenti vəzifəsində çalışır.
Rzayev İdris Cəlil oğlu
Noyabr 2001-ci ildən-31 dekabr 2001-ci illər ərzində “Bakıelektrikşəbəkə” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
Pirverdiyev Etibar Sinabəddin oğlu
İyun 2000-ci noyabr 2001-ci illər ərzində “Bakıelektrikşəbəkə” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
Ələsgərov Yusif
1998-2000-ci illər ərzində “Bakıelektrikşəbəkə” İstehasalat Birliyinin Baş direktoru vəzifəsində çalışıb.
Abdullyaev İbrahim Hüseyn oğlu
1988-1998-ci illər ərzində “Bakıelektrikşəbəkə” İstehasalat Birliyinin Baş direktoru vəzifəsində çalışıb.
İsayev Nəriman Agaxan oğlu
1986-1988-ci illər ərzində “Bakıelektrikşəbəkə” İstehsalat Birliyinin Baş direktoru vəzifəsində çalışıb.
Əlizadə Müseyib Əli İsgəndər oğlu
1953-1986-cı illər ərzində “Bakı Şəhər Elektrik Şəbəkəsi”nin direktoru vəzifəsində çalışıb.
Rüstəmov Surxay
1951-1953-cü illər ərzində “Bakı Şəhər Elektrik Şəbəkəsi”nin direktoru vəzifəsində çalışıb.
Qədirov Heybət Həsən oğlu
1949-1951-ci illər ərzində “Bakı Şəhər Elektrik Şəbəkəsi”nin direktoru vəzifəsində çalışıb.
Hüseynov Pir-Məmməd Məlik Əhməd oğlu
1944-1949-cu illər ərzində “Bakı Elektrik Şəbəkəsi”nin direktoru vəzifəsində çalışıb.