Novruz Bayramı münasibəti ilə sizi səmimi qəlbdən təbrik edir, bahar təravətli bu bayram günündə hər birinizə ən xoş arzularımı çatdırıram.
Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır. Novruz bayramı sağlamlığın, firavanlığın başlanğıcıdır. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır.
Qoy bu təravətli Novruz bayrami süfrənizə ruzi, qəlbinizə xoş hisslər bəxş etsin. Sağlamlığınız möhkəm, arzularınız gərçək olsun! Novruz bayramınız mübarək olsun!
Hörmətlə,
"Azərişıq"ASC-nin Sədri
Vüqar Əhmədov
Digər xəbərlər
- Paytaxtın bu ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 24 İyun 2026
- Xəzər rayonunun bu ərazilərində fasilə yaranacaq 13 Fevral 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 19 Fevral 2026
- Biləcəri ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 02 Fevral 2026
- Cəlilabadın bu ərazilərində fasilə yaranacaq 03 Aprel 2026