![“Azərişıq” ASC Cəlilabad rayonunun Şatırlı İnzibati Ərazi Nümadəliyinə daxil olan üç kənddə əsaslı şəkildə yenidənqurma işləri aparır.](/uploads/2020/07/02/news/290/large/290-0467419.jpeg)
“Azərişıq” ASC Cəlilabad rayonunun Şatırlı İnzibati Ərazi Nümadəliyinə daxil olan üç kənddə: Şatırlı, Buravar və Badamağacı kəndlərində əsaslı şəkildə yenidənqurma işləri aparır.
Cənub RETSİ-nin ərazisinə aid bu üç kənddə ümumilikdə 1500-dək sakin yaşayır. Yenidənqurma işləri kənddə bütün elektrik enerjisi sistemini əhatə edir. İran İslam Respublikası ilə sərhəddə yerləşən bu ucqar kəndlərə ilk dəfə 1962-ci ildə elektrik enerjisi verilb. Və ötən 58 ildə istismar müddətini başa vurmuş, köhnə şəbəkənin yenidən qurulması zərurəti yaranmışdır. Adı çəkilən kəndlərdə elektrik enerjisi təchizatının yenilənməsi məqsədi ilə dayaqlar, elektrik veriliş xətləri, sayğaclar yenilənir, komplekt transformator məntəqələri quraşdırlır.
İşlər başa çatdıqdan sonra istehlakçılar dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunacaq və elektrik enerjisi itkilərinin qarşısı alınacaqdır.
Digər xəbərlər
- ASAN Xidmət mərkəzlərində “Azərişıq” ASC-nin müştəri məmnuniyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirir. 03 İyun 2024
- “Azərişıq” ASC Qurban bayramında gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək. 15 İyun 2024
- “Azərişıq” ASC paytaxtda və ətraf kənd, qəsəbələrdə yenidənqurma işlərini davam etdirir 12 İyun 2024
- Sahibkarlıq subyektlərinin ETŞ –yə qoşulması proseduru sadələşdirilir. 14 Mart 2024
- “Azərişiq" ASC Uşaqların Beynəlxalq Müdafiəsi Günü İlə Əlaqədar Təlim Keçirib. 01 İyun 2024