«QEYDƏ ALINMIŞDIR» | «TƏSDİQ EDİLMİŞDİR» |
Avtomobil sürücülərinə ixtisas sinfinin verilmə Qaydaları
1. Bu Qaydalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda çalışan avtomobil sürücülərinə ixtisas sinfinə görə əmlak haqqına əlavənin ödənilməsi haqqında" 10 sentyabr 2001-ci il tarixli 147 nömrəli qərarının 2-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmış və "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq müəyyən kateqoriyalara aid edilən nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinə malik olan avtomobil sürücülərinə onların peşəkarlıq səriştəsi və işgüzar keyfiyyətləri nəzərə alınmaqla ixtisas sinfinin verilməsi şərtlərini müəyyən edir.
2. Avtomobil sürücülərinə peşəkarlıq səriştəsindən və işgüzar keyfiyyətlərindən asılı olaraq 1-ci və 2-ci ixtisas sinfi verilir.
Avtomobil sürücüsünün peşəkarlıq səriştəsi müvafiq kateqoriyalardan olan nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsinə və sürücülük stajına malik olması ilə müəyyən edilir.
Avtomobil sürücüsünün işgüzar keyfiyyətləri yol hərəkəti qaydalarına riayət etməsi və əmək funksiyasını vicdanla yerinə yetirməsi ilə müəyyənləşdirilir.
3. 2-ci ixtisas sinfi "B", "C" və "E" kateqoriyaları nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsi olan, 3 il fasiləsiz sürücülük stajına malik olan, son bir ildə yol hərəkəti qaydalarını pozmağa görə məsuliyyətə cəlb edilməyən (yerində cərimə istisna olmaqla), əmək funksiyalarını vicdanla yerinə yetirən və intizam tənbehi olmayan avtomobil sürücülərinə verilir.
4. 1-ci ixtisas sinfi 2 ildən az olmayaraq 2-ci ixtisas sinfində fasiləsiz sürücülük stajına və yaxud 5 ildən az olmayaraq sürücülük stajına malik olan və "B", "C" və "E" kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsi olan, son bir ildə yol hərəkəti qaydalarmı pozmağa görə məsuliyyətə cəlb edilməyən (yerində cərimə istisna olmaqla), əmək funksiyalarını vicdanla yerinə yetirən və intizam tənbehi olmayan avtomobil sürücülərinə verilir.
5. Bu Qaydalarla müəyyən edilən peşəkarlıq səriştəsinə və işgüzar keyfiyyətlərə malik olan avtomobil sürücülərinə ixtisas sinfinin verilməsin müəssisə, idarə və təşkilatın rəhbərliyinin əmri ilə yaradılmış Sürücülərin ixtisas sinfi üzrə komissiya (bundan sonra komissiya adlandırılacaq) tərəfindən baxılır və komissiyanın qərarı rəhbərliyin əmri ilə rəsmiləşdirilir.
Komissiyanın tərkibinə müəssisə, idarə və təşkilatın təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik olan işçilərindən 5 nəfərdən çox olmayaraq tək sayda üzvlər seçilir. Müəssisə, idarə və təşkilatda həmkarlar ittifaqı təşkilatı mövcud olduqda komissiyanın bir üzvü onun nümayəndəsi olmalıdır. Komissiyanın sədri onun üzvləri tərəfindən səs çoxluğu ilə təyin olunur.
Komissiya öz işində bu Qaydaları rəhbər tutur və sürücülərə ixtisas sinfinin verilməsi barədə qərarmı səs çoxluğu yolu ilə qəbul edir.
6. 1-ci və 2-ci ixtisas sinifmi almaq iddiasında olan avtomobil sürücüsü ərizə ilə komissiyanın sədrinə müraciət edərək sürücülük vəsiqəsinin və əmək kitabçasının surətini, rəhbərliyin onun işgüzar keyfiyyətləri barədə xasiyyətnaməsini ərizəyə əlavə edir. Komissiya 5 təqvim günü müddətində sənədləri araşdıraraq müvafiq ixtisas sinfinin verilib-verilməməsi barədə qərar qəbul edir və dərhal qəbul etdiyi qərar barədə işə götürənə rəsmi məlumat verir
7. 1-ci sinif avtomobil sürücüsünə tarif (vəzifə) maaşının 25%-i, 2-ci sinfə isə tarif (vəzifə) maaşının 10%-i miqdarında əlavə haqq ödənilir.
8. Yeni iş yerində müvafiq ixtisas sinfinə görə əlavə haqq almaq üçün sürücü 6-cı bənddə göstərilən qaydada müvafiq sənədləri təqdim etməklə komissiyaya müraciət edə bilər.
9. Sürücülərin bu Qaydalarla müəyyən edilmiş 1-ci və ya 2-ci ixtisas sinfi üçün peşəkarlıq səriştəsi və ya işgüzar keyfiyyətləri pisləşdikdə rəhbərlik sürücünün müvafiq ixtisas sinfindən məhrum edilməsi üçün komissiyaya rəsmi müraciət edir. Bu halda komissiya üç təqvim günü müddətində məsələni araşdıraraq müəyyən edilmiş peşəkarlıq səriştəsini və ya işgüzar keyfiyyətlərin pisləşdiyi halda sürücünün müvafiq ixtisas sinfindən məhrum edilməsi barədə qərar qəbul edir və dərhal işəgötürənə rəsmi məlumat verir.
10. Sürücülərə ixtisas sinfi verildikdə və ya onlar ixtisas sinfindən məhrum edildikdə komissiyanın qərarı və ixtisas sinfinə görə əmək haqqında əlavənin verilməsi və ya dayandırılması vaxtı işəgötürənin əmri ilə rəsmiləşdirilir və əmrin surəti sürücüyə verilir.
«Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni», 2001-ci il, ? 11