Azərbaycan Respublikası Nazirlər Kabineti

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nda dəyişikliklər edilməsi barədə

Qərar № 39

Bakı şəhəri, 17 fevral 2012-ci il

«Elektroenergetika haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikasının 2011-ci il 15 noyabr tarixli, 234-IVQD nömrəli Qanununun tətbiqi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 22 dekabr tarixli, 1914 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 121; 2006, № 1, maddə 59; 2009, № 1, maddə 32, № 10, maddə 846; 2010, № 1, maddə 49) ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmunda 9.13-1-ci bənd əlavə edilsin:

«9.13-1. Elektrik xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya bu Qaydaların 9.13-cü bəndində nəzərdə tutulmuş hallarda (9.13.3-cü yarımbəndində nəzərdə tutulan hallar istisna olmaqla) yazılı bildiriş göndərilmədən elektrik və istilik enerjisi verilməsinin dayandırılması qadağandır.»;

1.2. həmin Qaydalara 1 nömrəli əlavənin — «Enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi (bundan sonra — abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsi»nin 18-ci hissəsində «9.13-cü bəndindəki» sözləri «9.13.3-cü yarımbəndindəki»sözləri ilə əvəz edilsin və aşağıdakı məzmunda 18-1-ci hissə əlavə edilsin:

«18-1. Elektrik xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya «Elektrik enerjisindən istifadə Qaydaları»nın 9.13-cü bəndində nəzərdə tutulmuş hallarda (9.13.3-cü yarımbəndində nəzərdə tutulan hallar istisna olmaqla) yazılı bildiriş göndərilmədən elektrik və istilik enerjisi verilməsinin dayandırılması qadağandır.»;

1.3. həmin Qaydalara 2 nömrəli əlavənin — «Enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi (bundan sonra — abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsi»nin 17-ci hissəsində «9.13-cü bəndindəki» sözləri «9.13.3-cü yarımbəndindəki»sözləri ilə əvəz edilsin və aşağıdakı məzmunda 17-1-ci hissə əlavə edilsin:

«17-1. Elektrik xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya «Elektrik enerjisindən istifadə Qaydaları»nın 9.13-cü bəndində nəzərdə tutulmuş hallarda (9.13.3-cü yarımbəndində nəzərdə tutulan hallar istisna olmaqla) yazılı bildiriş göndərilmədən elektrik və istilik enerjisi verilməsinin dayandırılması qadağandır.»;

1.4. həmin Qaydalara 3 nömrəli əlavənin — «Enerjitəchizatı müəssisəsi ilə büdcədən maliyyələşdirilən təşkilat (bundan sonra — abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsi»nin 17-ci hissəsində«9.13-cü bəndindəki» sözləri «9.13.3-cü yarımbəndindəki» sözləri ilə əvəz edilsin və aşağıdakı məzmunda 17-1-ci hissə əlavə edilsin:

«17-1. Elektrik xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya «Elektrik enerjisindən istifadə Qaydaları»nın 9.13-cü bəndində nəzərdə tutulmuş hallarda (9.13.3-cü yarımbəndində nəzərdə tutulan hallar istisna olmaqla) yazılı bildiriş göndərilmədən elektrik və istilik enerjisi verilməsinin dayandırılması qadağandır.»;

1.5. həmin Qaydalara 4 nömrəli əlavəyə — «Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsi»nə aşağıdakı məzmunda 6-1-ci hissə əlavə edilsin:

«6-1. Elektrik xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya «Elektrik enerjisindən istifadə Qaydaları»nın 9.13-cü bəndində nəzərdə tutulmuş hallarda (9.13.3-cü yarımbəndində nəzərdə tutulan hallar istisna olmaqla) yazılı bildiriş göndərilmədən elektrik və istilik enerjisi verilməsinin dayandırılması qadağandır.».

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

Artur RASİ-ZADƏ

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir ( 29 fevral 
2012-ci il, № 2, maddə 183) 

Digər xəbərlər