Elektrik enerjisi itkilərinin azaldılması, enerji səmərəliliyinin artırılması və paylayıcı şəbəkələrin istismar xərclərinin minimuma endirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə “Azərişıq” ASC (bundan sonra - Cəmiyyət) tərəfindən davamlı olaraq elektrik enerjisi itkilərinin azaldılması məqsədilə bir sıra təşkilati-texniki tədbirlər həyata keçirilməkdədir.
Həyata keçirilən tədbirlərə açıq naqilli hava xətlərinin ÖİN (özünüdaşıyan izolyasiyalı naqil) xətlərlə əvəz olunması, müasir tipli rele mühafizəsi, avtomatika, SCADA dispetçer idarəetmə sistemlərinin tətbiqi, yeni güc mərkəzlərinin yaradılması, məsafəsi, habelə itkiləri çox olan hava elektrik veriliş xətlərinin yenidən qurulması, paylayıcı şəbəkənin iş rejimlərinin və sxemlərin optimallaşdırılması, reaktiv gücün kompensasiyası, mövsümi iş xarakterinə aid olan transformatorların ehtiyata çıxarılması, az və ya həddindən artıq yüklənmiş transformatorların müvafiq gücə uyğun dəyişdirilməsi, yük balansının formalaşdırılması, kənar qoşulmaların qarşısının alınması, balans mənsubiyyəti sərhədində məsafədən idarəolunan müasir cihazların quraşdırılması və s. daxildir.
Həmçinin, hava xətlərində kompozit dayaqların quraşdırılması, rəqəmsal yarımstansiyaların tikintisi və digər texniki tədbirlərin tətbiqi itkilərin azaldılmasında əhəmiyyətlidir.
Eyni zamanda Cəmiyyət tərəfindən köhnə sayğacların yeni müasir smart sayğaclarla əvəz edilməsi istiqamətində həyata keçirilən tədbirlər sayğac oxuma xətalarının azaldılması, kənar müdaxilələrin aşkarlanmasına və istehlak olunan elektrik enerjisinin həcminin daha dəqiq ölçülməsinə imkan yaradır.
Görülmüş işlərin nəticəsidir ki, enerji itkilərinin həcmi əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə azalmışdır. Cəmiyyət tərəfindən bu istiqamətdə həyata keçirilən işlər davamlı xarakter daşıyır.
Digər xəbərlər
- Lənkəranın bəzi yerlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 07 May 2026
- “Azərişıq” ASC istehlakçıların elektrik təchizatı şəbəkəsinə daha rahat qoşulması üçün 2026-cı ildə də sahibkarlarla maarifləndirici görüşlərini davam etdirəcək 10 Aprel 2026
- Xəzər rayonunun bu ərazilərində fasilə yaranacaq 19 Fevral 2026
- “Azərişıq” ASC və “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin nümayəndələri arasında görüş keçirilib 08 May 2026
- Paytaxtın bu ərazilərində fasilə yaranacaq 18 Mart 2026