“Azərişıq” ASC paytaxt və regionlarda elektrik şəbəkələrinin yenilənməsi işlərinə paralel olaraq fermer, sahibkar və vətəndaşların rahat fəaliyyəti, yaranan problemlərin aradan qaldırılması məqsədilə bölgələrdə mütəmadi görüşlər keçirir, onların fikirləri, təklifləri, tövsiyələri dinlənilir.
Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən belə görüşlərdən biri Tovuzda baş tutub. Heydər Əliyev Mərkəzində keçirilən görüşdə 50-dək sahibkar və yerli sakin iştirak edib. Tədbirdə “Azərişıq” ASC-nin ASAN xidmətlə iş departamentinin direktor müavini İnam Yusifov, qurumun mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Vaqif Mustafayev iştirak edib.
Görüş zamanı sahibkar, fermer və vətəndaşlara “Azərişıq” ASC-nin regionlarda həyata keçirdiyi yenidənqurma və əsaslı təmir işləri barədə geniş məlumat verilib. Diqqətə çatdırılıb ki, dövlət başçısının tapşırıqları əsasında bu gün ölkənin ən ucqar dağ rayonlarında belə ötən əsrin 50-60-cı illərindən qalma elektrik şəbəkələri yeniləri ilə əvəzlənir. Müxtəlif gücdə yarımstansiyalar tikilir, müasir transformatorlar quraşdırılır. Müasir şəbəkələrin qurulması enerji itkisinin qarşısının alınması ilə yanaşı əhali və qeyri-əhali abonentlərin fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təmin olunmasına hesablanıb. Bütün regionlarla yanaşı bu işlər həm də Qarabağ və Şərqi Zəngəzurda tam gücü ilə aparılır.
Həmçinin, qurumun elektron xidmətləri barədə sahibkarlar və vətəndaşlarla maarifləndirici söhbətlər aparılmış, xidmət mərkəzlərində göstərilən bütün xidmətlər haqqında ətraflı və dolğun məlumat təqdim edilmişdir. Tədbirdə yeni elektrik təchizatı şəbəkəsinə qoşulma prosesləri, texniki şərtlərin verilməsi, ödənişlərin həyata keçirilməsi qaydaları ilə yanaşı, daha spesifik xidmətlər, o cümlədən abonentin balansında olan avadanlıqlara texniki xidmətin göstərilməsi, çoxmənzilli binalarda yaşayış mənzillərinin qeydiyyata alınması, sayğac zədələnməsi hallarında görüləcək tədbirlər, qeyri-əhali abonentlərinin ad dəyişikliyi üçün tələb olunan prosedurlar, smart kartın bərpası prosesinin detalları və qüsurlu ödənişlərin bərpa edilməsi xidmətləri barədə ətraflı izahat verilmişdir. Bununla yanaşı, həm ASAN Xidmət mərkəzlərində, həm də elektron platformalar vasitəsilə təqdim edilən bütün xidmətlər haqqında geniş məlumat paylaşılmış, vətəndaşların və sahibkarların müraciətlərini daha asan və sürətli şəkildə həll etmələri üçün nəzərdə tutulan imkanlar vurğulanmışdır.
Qeyd edək ki, “Azərişıq” ASC nümayəndələri sahibkarlarla görüşləri digər regionlarda da mütəmadi şəkildə davam etdirəcək.
Digər xəbərlər
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Xaçmazda vətəndaşları qəbul edib. 30 Avqust 2024
- “Azərişıq” ASC “ASAN xidmət indeksi”nin qiymətləndirmə tarixində 98.31% ilə 5 ulduzluq rekord nəticə əldə edib 21 Fevral 2024
- “Azərişıq” ASC Göygöldə sahibkarlarla görüş keçirib. 11 İyun 2024
- “Azərişıq” ASC-nin komandası beynəlxalq yarışda birinci olub. 08 İyul 2024
- “Azərişıq” ASC ilk dəfə işğaldan azad olunan ərazilərdə şagirdlərlə maarifləndirici tədbir keçirib. 13 İyun 2024