Yeni yarımstansiyal tikilir, hava xətləri yenilənir, transformatorlar və sayğaclar dəyişdirilir
“Azərişıq” ASC ölkənin bütün regionlarında apardığı tikinti, yenidənqurma, bərpa işlərini Mərkəzi-Aran regionunda da davam etdirir. Daha dəqiqi Mərkəzi-Aran Regional Elektrik Təchizatı və Satış İdarəsinin (RETSİ) xidməti ərazisindəki istismar müddətini başa vurmuş elektrik şəbəkələr yenidən qurulur. Texniki itkilərin səviyyəsinin minimuma endirilməsi, kənd təsərrüfatı, sənaye və digər inkişafda olan iqtisadi obyektlərin, o cümlədən əhalinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün 2018-ci ilin birinci rübündə ciddi işlər görülüb və hazırda da görülməkdədir.
Belə ki, hazırda Tərtər rayonunda 110/35/6 kv-luq “Tərtər”, Ağdaş rayonunda isə 110/35/10 kv-luq “Ağdaş”yarımstansiyası tikilərək da tam yenidən qurulur və hazırda sözügedən ərazilərdə ciddi iş aparılır.
Mingəçevir Elektrik Şəbəkəsinin xidməti ərazisində isə 35/6 kV-luq “Yeni Mingəçevir” yarımstansiyası tikilərək istifadəyə verilib. Eyni zamanda “Yeni Mingəçevir” yarımstansiyasını qidalandırmaq üçün yüksək gəeginlikli 35 kv-luq 2 dövrəli yeraltı kabel və 6 kv-luq 2 dövrəli hava xətti çəkilib. Bundan başqa şəhər istiqmətində 6 kV-luq 2 hava xətti yenidən qurulub, 2 hava xəttində isə yenidənqurma işləri hazırda davam etdirilir.
Yevlax rayonunda da “Yeni Mingəçevir” yarımstansiyasından qidalanan 6 kv-luq Mingəçevir şəhəri ətrafında yerləşən kəndləri qidalandıran 14 və 54 saylı hava xətləri yenidən qurulub, yeni 2 dövrəli hava xətti çəkilib. Həmin xətlərin üzərində olan Havarlı, Bəydilli, Hacıselli, Marzılı, Gülövşə, Əkşəm, A.Bucaq , Yenicə, Aşağı Salambad, Yuxarı Salamabad və Əcəmi kəndlərində köhnə 0.4 kv-luq hava xətləri ÖİN (Özünüdaşıyan İzolyasiyalı Naqillər) kabellərlə əvəz olunub və bu ərazilərdə 43 ədəd yeni KTM (Komplekt Transformator Məntəqəsi) quraşdırılıb. O cümlədən rayonun Qaraməmmədli və Meyvəli kəndlərində 0.4 kv-luq hava xətləri ÖİN kabel xətləri ilə yenidən qurulub və hal-hazırda bu işlər Kövər kəndində davam etdirilir.
Bərdə rayonunun Lənbəran kəndində 0.4 kv-luq hava xətləri ÖİN kabel xətləri ilə tam yenidən qurulub, 6 ədəd yeni KTM quraşdırılıb. Qasımbəyli, Otuzikilər, Hacallı, Qaradəmirçi, Zümürxan, Uğurbəli Qarayusfli, Bala Göyüşlü, Böyük Qəcər kəndlərinin bir hissəsi 0.4 kv-luq hava xətləri ÖİN kabel xətləri ilə əvəz olunmuş köhnə sayğaclar yenisi ilə dəyişdirilib. Hal-hazırda Xanərəb kəndindin 10 və 0.4 kv-luq EVX-lərində yenidənqurma işləri aparılır.
Göyçay Elelktrik Şəbəkəsinin xidməti ərazisində Mollahacılı, Bəydövül, Şıxbəy, Yalman, Potu kəndlərində 0.4 kv-luq hava xətləri ÖİN kabel xətləri ilə əvəz edilibhazırda Qarayazı kəndində də 10 və 0.4 kv-luq EVX-lərdə yenidənqurma işləri aparılır.
Goranboy rayonunun Abbasqulular kəndində də 10 və 0.4 kv-luq EVX-lərdə yenidənqurma işləri hazırda davam edir.
Ucar Elektrik Şəbəkəsinin xidmti ərasində rayonun Gərabəyli, Qazqumlaq və Bərgüşad kəndlərində 0.4 kv-luq hava xətlərinin bir hissəsi ÖİN kabellə əvəz olunub və köhnə sayğaclar yeni sayğaclarla dəyişdirilmişdir. Türkəçi kəndinində isə hava xətləri tamamı ilə ÖİN kabellərlə əvəzlənib. Hal-hazırda Ucar rayonunun mərkəzində yerləşən 20 Yanvar küçəsində 0.4 kv-luq hava xətləri ÖİN kabellərlə əvəz olunması işləri aparılır.
Ağsu Elektrik Şəbəkəsinin xidməti ərazisində rayonun Abbasxanlı, Cəlayir, Kəndoba və Gəgəli kəndlərininin bir hissəsində 0.4 kv-luq hava xətləri ÖİN kabel xətləri ilə əvəz olunmuş və köhnə sayğaclar yeni sayğaclarla dəyişdirilmişdir. Yenidənqurma işləri Ağsu rayonunun mərkəzində də aparılıb və yeni KTM-lər qurlaşdırılıb.
Kürdəmir rayonunun Qarasaqqallı, Xırdapay, Atakişili, Axtacı-Qarabucaq Yeni-Şıxımlı, Çərtəyəz kəndlərində və Şəhər ətrafı ərazilərdə hava xətləri də yenidən qurulub və hazırda Sor-Sor kəndində 10 və 0.4 kv-luq hava xətlərində yenidənqurma işləri aparılır.
Ağdaş rayonunda 10 kv-luq Xosrov hava xəttindən qidalanan Qülbəndə kəndi ərazisində 10 və 0.4 kv-luq hava xətləri yenidən qurulur. Arxada qalan aylar ərzində isə Ağdaş rayonunun Qaradağlı, Aralbir, Eymur, Qaradeyin kəndlərinin bir hisəsində 0.4 kv-luq hava xətləri ÖİN kabel xətləri ilə əvəz olunub, köhnə sayğaclar yeni sayğclarla əvəzlənib.
Digər xəbərlər
- Elektrik təchizatı şəbəkəsinə qoşulma prosedurunda elektron xidmətlərin yeri. 26 Yanvar 2024
- Nazir müavini: Elektrik təchizatı şəbəkəsinə qoşulmanın sadələşdirilməsi biznes subyektləri üçün münbit şərait yaradır 07 Noyabr 2024
- “Azərişıq” ASC KOBİA-nın sahibkarla keçirdiyi görüşdə iştirak edib. 25 Oktyabr 2024
- "Azərişıq” ASC Elektron Hökumət Portalı vasitəsilə abonentlərə debitor borclar barədə elektron arayış (məlumat) təqdim edir. 29 Yanvar 2024
- “Azərişiq” ASC Ağcabədidə sahibkarlarla görüş keçirib 12 Yanvar 2024