İyulun 20-də Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir-təftiş işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Elşən Süleymanov küçəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Həmçinin Astara Elektrik Şəbəkəsinə (EŞ) daxil olan 110/35/10 kV-luq "Astara" yarımstansiyasından çıxan 35 kV-luq "Lovayın" hava xəttində təmir işləri həyata keçiriləcək. Planlı fasilə saat 15:00-dan 16:00-dək Pensər, Kakalos, Şahağacı, Lovain, Siyaku, Hamoşam, Toradi, Təngərud, Çayoba kəndlərinin bir hissəsini əhatə edəcək.
Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər.
Digər xəbərlər
- "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Cəbrayıl, Qubadlı və Zəngilan sakinləri ilə görüşüb 01 May 2026
- Paytaxtın bu ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 24 İyun 2026
- Biləsuvarın bu ərazilərində fasilə yaranacaq 10 İyul 2026
- Yasamalın bu ərazilərində fasilə yaranacaq 03 Avqust 2026
- Bakı və Sumqayıtın bu ərazilərində fasilə yaranacaq 13 May 2026